"Məqsədimiz ən yüksək nəticəni qazanmaq olacaq. Hər bir oyuna qələbə üçün çıxırıq".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç Avropa Liqasının J qrupunda "Qarabağ"la keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"la qrupdakı mövqe PAOK-la yaxındır. Necə olacaq?
- "Qarabağ" yaxşı oyun gözləyir. Böyük ehtimalla bizi çətin oyun gözləyir.
- Bu həftə PAOK üçün çox məsuliyyətlidir. Ölkə çempionatında növbəti oyunu "Olimpiakos"a qarşı keçirəcəksiniz. Bu oyunda hər hansı bir köklü dəyişikliklər olacaq?
- Dəyişikliklər gözlənilir. Amma köklü dəyişiklik nəzərə alınmayıb. Təbii ki, bu oyunçuların vəziyyətindən, gözlənilməz halın olub-olmamasından asılıdır.
- Azarkeşləriniz sizin "Qarabağ"a, yoxsa "Olimpiakos"a məğlubiyyətinizi bağışlamaz?
- Bütün məğlubiyyətlər azarkeşlər qarşısında bağışlanmır.
- Ötən mövsüm PAOK "Qəbələ" ilə oynadı və Bakıdan 1 xalla qayıtdı. Bu dəfə nə olacaq?
- İlk növbədə komandamdan yaxşı oyun və bu oyunun gətirəcəyi 3 xalı gözləyirəm. Rəqib heç də zəif deyil. Əksinə, güclü komanda ilə qarşılaşacağıq. Ancaq hər bir futbolçunun bütün bacarığını ortaya qoyacağına əminik.
- Doğma meydan, təcrübəli baş məşqçi, yerli azarkeş və oturuşmuş heyət. Bunlar "Qarabağ"ın lehinə olan amillərdir. Sizin üstünlüyünüz nədir?
- Komanda hazırdır və səfər oyunlarına da çıxıb. Səfərdə öz gücünü ortaya qoyan komandam var. Üstünlüyümüz oyunçuların diqqətinin tam olaraq bu oyuna yönəlməsi, psixoloji və fiziki hazır olmalarıdır. Bunlar da bizim üstünlüyümüzdür.
- PAOK-un qol vurmaqla bağlı problemləri var. Amma az qolla da olsa, yaxşı nəticələr əldə edə bilir. Bu nə ilə bağlıdır?
- Bəli, razıyam ki, oyunda 10-15 qol epizodu qazanırıq, amma bir qol vururuq. Bu da komandaya çətinlik yaradacaq amildir. Hazırda bunun üzərində işləyirik. Son nöqtənin qoyulması ilə bağlı işlər gedir və bunu ciddi məsələ kimi dəyərləndiririk. Lazım olan nəticəni əldə etmək daha vacibdir.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır