Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah PAOK-la qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın Futbol11.az-a istinadən yaydığı xəbərə görə, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Hamımız oyunun əhəmiyyətli olduğunun fərqindəyik. Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışacağıq. Komanda oyuna hazırdı. Amma bir neçə itkimiz var. Futbolçularla söhbətimiz olub. Rəqibi ətraflı müzakirə etmişik. PAOK-un 4 xalı var, hələ məğlub olmayıblar.
- "Qarabağ" nəyin sayəsində rəqibini üstələyə bilər?
- Futbol elə bir oyundur ki, məğlubedilməz komanda yoxdur. Hər bir komandanın pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Nə qədər ciddi rəqib olsa da, bizə qələbə daha çox lazımdır. Bütün variantlara əl atacağıq.
- "Qəbələ"də çıxış etmiş Fakunda Pereyranın indi PAOK-un düşərgəsində olması sizi narahat edir, yoxsa bunun önəmi yoxdu?
- Önəmi yoxdur desəm, düzgün çıxmaz. Ən azından məşqçi ondan lazımı məlumat əldə edə bilər. Ancaq elə bir sistem var ki, rəqib haqda ətrfalı məlumat toplaya bilərsən. PAOK-un çalışdırıcısı "Slovan"la oyunumuzu izləyib. Artıq məlumatlıdırlar.
- Oyuna bir gün qalmasına baxmayaraq, cəmi 7 min bilet satılıb. Rəhbərlik transferə pul xərcləyirsə, Qurban Qurbanov uğur üçün gecələr yuxusz qalırsa, Rəşad Sadıqov zədəli halda oynayırsa, sizcə, azarkeşlər niyə fədakarlıq göstərmir?
- Azarkeşlərdən hər zaman razı qalmışam. Hər zaman bizlərlə olublar. Sabaha kimi vaxt çoxdu. Say arta da bilər. Çalışacağıq ki, onları geri qaytaraq və bizlərə daha yaxın olsunlar.
- Stadionun hazırkı durumu sizi qane edir?
- Yüz faiz hazır deyil. Biz meydana ayın sonunda daxil olmalıydıq. Ola bilər ki, sabahkı oyundan sonra da problemlər olsun. Dünən də məşq etmək istəyirdik. Çalışırıq meydançanı qoruyaq. Havadan da çox şey asılı olacaq. Amma çox ciddi problemin olacağını düşünmürəm.
- Sabah meydana iki hücumçu ilə çıxa bilərsizmi?
- Bəzən hücumda 5-6 futbolçumuz olur. Bəzən də sırf 3 hücumçu ilə önə çıxırıq. Sistemdən sistemə fərq var. Əlavə hücumçuları matçın gedişində meydana buraxacağıq.
- Millinin heyətində döyüşkən oyun sərgiləyən "Qarabağ"ın futbolçularını sabah meydanda görə biləcəyik?
- Mən inanmıram ki, bizim komandada döyüşkən ruhu olmayan futbolçular olsun. Oyunçularda bu hiss hər zaman olub. Onlarda idman xarakteri olmasa, nəticə vermək çox çətindi. Millidən qayıdan futbolçular çox inamlıdırlar. Öz xarakterimizi göstərəcəyik.
- Həyatda Elvin Yunuszadəni bağışlamısız?
- Həyatda, yoxsa futbolda? Dünən komanda ilə məşq etdi. Amma futbolda bağışlamamışam. Cəzası da var, sabahkı oyunda olmayacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır