"Deyəcəyim bir söz yoxdu. Deməyə söz tapmıram. İlk turda normal futbol oynayan komandanın indi belə futbol sərgiləməsi məni qayğılandırır".
Qol.az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 5-ci turunda "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfansında bildirib. O, sonuncu pillədə gedən komandadan istefa vermək fikrində olduğunu söyləyib:
"Ayın 24-nə kimi vaxt vermişəm. Ola bilər ki, komandanı tərk edim. Özümə zülüm edəsi deyiləm. Heç kim də deməsin ki, komandanı yarımçıq qoyub gedirəm".
- Belə çıxır ki, AZAL-ın baş məşqçisi komandanın gələcəyinə ümid etmir?
- Keçən ilki heyətdən komandanın lideri Rail Məlikov və qapıçı Namaşko gedib. Murad Səttarlı da yoxdur. Onların boşluğunu doldura bilmədik. Bunun da səbəbi maliyyə problemidi. Yeni gələnlər də onları əvəz edə bilmədi. Mənim üçün çətindir. Bu büdcə ilə, belə şəraitdə nəsə etmək çox çətindir. Buna dözmək olmur. Əlimdə istədiyim futbolçular azdır. Bu gün imicdən çox gələcəyi düşünürəm. Komandanın daha aşağı getməsini istəmirəm. Mən inandığım futbolçuları komandada saxlamışam. Görünür, futbolçuların mənə inamı yoxdur. Ola bilər ki, "İnter"lə oyun mənim üçün sonuncu olacaq. Fikrimin dəyişib-dəyişməyəcəyini bilmirəm. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi