“Kim istəməz ki, legioner gətirsin?” – Samir Abasov

“Kim istəməz ki, legioner gətirsin?” – Samir Abasov
GÜNDƏM 11 Sentyabr 2016 / 23:10 3149
-  A +

"Sonuncu dəfə bir ay əvvəl oyuna çıxmışdıq. Buna görə də futbolçuların meydana çempionatın ilk oyunu kimi çıxacaqlarından ehtiyatlanırdıq. Amma qorxduğumuz başımıza gəldi. Erkən qol buraxdıqdan sonra rəqibin ucaboy futbolçularına qarşı çıxış edə bilmədik. Çempionatın gedişi olsaydı, bəlkə də başqa cür çıxış edərdik".   

Qol.az-ın  Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "İnter"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.   

O, komandanın keçmiş hücumçusu Ağabala Ramazanovun "İnter"in heyətində ikinci qolunun sevincini görmədiyini bildirib: "Bu, mənə qeyri-adi gəlmədi. "İnter" üçün can qoyur, qol vurur, buna da sevinməlidir".  

Abasov "Sumqayıt"a legionerin lazım olduğunu, amma bu barədə rəhbərlik qarşısında məsələ qaldırmağa gərək olmadığını bildirib: "Danışmağa gərək yoxdur. Dəyişməyən bir şey olacaqsa, nədən danışasan. Kim istəməz ki, legioner gətirsin?" 

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi