"FİFA qadağasının müsbət tərəfi də var” – Svanadze

"FİFA qadağasının müsbət tərəfi də var” –  Svanadze
GÜNDƏM 11 Sentyabr 2016 / 22:45 3688
-  A +

"Oyundan razıyam. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, bütün vəziyyətlərdən yararlana bilmədik. Fasilədən sonra ikinci qolu vurduqdan sonra rəqib üzərimizə təzyiqləri gücləndirdi. Təəssüf ki, bu zaman qapımızdan qol buraxdıq. Bununla belə, oyundan və nəticədən razıyam". 
 
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Sumqayıt"a qalib gəldikləri (2:1) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
Gürcüstanlı mütəxəssis çoxlu qol vəziyyətləri yaradan, amma istifadə edə bilməyən komanda olduqlarını vurğulayıb: "Futbolçu qol vurmalı olduğu yerdə olmur. Bütün məşqlərdə qol vurmaq üzərində çalışırıq. Düşünürəm ki, tezliklə bu çatışmazlığı aradan qaldıracağıq".
 
Svanadze FİFA tərəfindən kluba qoyulan transfer qadağası ilə bağlı da danışıb: "Bir-iki mövqeyə oyunçu almağı planlaşdırırdıq. Amma qadağa üzündən ala bilməyəcəyik. Amma qadağanın müsbət tərəfi ondadır ki, futbolçular məsuliyyətlərini başa düşüb, daha səylə hazırlaşacaq. Digər tərəfdən, komandamız elə də səs-küylü transfer etməyə hazırlaşmırdı". 

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi