AZAL-ın müdafiəçisi Ruslan Əmircanaov Topaz Premyer Liqanın IV turunda "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb
- Böyük hesabla məğlub oldunuz...
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Ancaq oyundan öncə belə bir nəticə ilə məğlub olacağımızı desəydilər, heç kim inanmazdı. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə buraxdığımız qol böyük hesablı məğlubiyyətin əsas səbəblərindən biri oldu. Oyuna pis başladıq, ilk dəqiqələrdə qapımızda qol gördük. Etdiyimiz səhvlər uşaq futbolunda edilən səhvlər kimi idi. Biz bu oyuna gələndə uduzmağı düşünmürdük. ''Qarabağ''ın güclü olduğunu bilirdik, lakin məğlub olmağa gəlmirdik. Bizə lazım olan nəticəni almaq istəyirdik.
- Hər zaman iddialı komandalarda oynamısan. İndi AZAL-da oynamaq sənə necə təsir edir?
- AZAL digər klublardan maliyyə cəhətdən zəif olsa da, kollektiv baxımından onlardan seçilmir. Heyətimiz cavan oyunçulardan ibarətdir, hamısı canavar kimidir. Hələ öz oyunumuzu tapa bilməmişik. Komandaya müəyyən bir vaxt lazımdır. Keçən il AZAL öz meydanında ''İnter''dən başqa bütün komandaları məğlub edib.
- Ötən mövsüm də AZAL uğursuz başlamışdı, ancaq daha sonra komanda özünə gəldi...
- Keçən il komanda 5-6 tur qol vura bilmədi, daha sonra lazım olan nəticələri qazanmağa başladı. Müəyyən vaxtdan sonra əvvəlki AZAL-ı görəcəksiniz.
- Sənə indiyə qədər hansısa məşqçi meyxana deməyi qadağan edib? Çünki Samir Abasov Kamran Ağayevə qarşı belə addım atıb…
- Əsas futbolumu oynayıram. Məşqçi mənə deməyib ki, oyundan sonra restorana gətmə, çay içmə. Futbolçunun gördüyü iş vacibdir. Məşqçi oyundan sonrakı işimə qarışmayıb.
Məftun MAHİROĞLU
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi