“Şahmat kraliçasını məğlub etmək...”
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının geridə qalan müddətdə əsas sensasiyası qadınların yarışında, IV turda baş tutub.
Qol.az-ın məlumatına görə, latviyalı şahmatçı Dana Reyznietsa-Ozola Çin yığmasının lideri, dünya çempionu Hou Yifanı məğlub edib. Ümumi nəticədə Çin yığması Latviyanı 2,5:1,5 hesabı ilə məğıub etsə də, Reyznietsa-Ozolanın qələbəsi böyük rezonans doğurub.
Xanım şahmatçı ilə maraqlı bir məqam da var. Belə ki, Bakı Şahmat Olimpiadasında mübarizə aparan Dana Reyznietsa-Ozola Latviyanın maliyyə naziridir.
“Crystall Hall”ın mətbuat zalında əcnəbi və yerli jurnalistlər üçün mətbuat konfransı təşkil edən latviyalı şahmatçı qələbəsini belə şərh edib: “Dünya çempionu üzərində qələbə mənim üçün bayramdır. Latviyadan xeyli təbrik zəngi gəldi. Təəssüratlarım çox yaxşıdır. Hər halda, şahmat kraliçasını məğlub etmək insana hər gün qismət olmur. Təkcə nəticədən yox, həm də oyundan razıyam. Hər partiya kiçik həyatdır”
Reyznietsa-Ozola şahmat və dövlət işi ilə eyni vaxtda məşğul olmasından da söz açıb: “Hər şey asandır. Balansı qorumaq mümkündür. İşimdə xeyli enerji sərf edirəm. Birinci lövhədə mübarizə aparmağım lider olduğum göstəricisidir”.
Latviyalı şahmatçı olimpiadadan öncə yaxşı hazırlıq keçdiklərini bildirib: “Reytinqə görə yarış iştirakçıları arasında iyirminci yeri tuturuq. Bakıya gəlməmişdən öncə təlim-məşq toplanışında olduq. Həm nəzəri, həm də praktiki məşğələlər keçdik. Bir ailə kimi yarışa hazırlaşmışıq”.
Dana Reyznietsa-Ozola şahmatla məşğul olmağın üstünlükləri barədə bunları söyləyib: “Şahmat oynamağı bacarmaq istənilən sahədə insana fayda verir. Əsasən də siyasətdə. Çünki siyasətə bir neçə gedişi əvvəldən görməlisən. 4 övlada sahibəm. Böyük qızımın 13 yaşı var. Amma o, daha çox futbol və basketbolla məşğul olur”.
Sonda isə latviyalı xanım Bakı olimpiadasının yüksək səviyyədə təşkilinə toxunub: “Bu, iştirak etdiyim sayca 8-ci, ümumilikdə ən yaxşı olimpiadadır. Hər şey çox yaxşı təşkil olunub. İnsan özünü çox rahat hiss edir. Bu cür yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdaram”.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq