Millimizin futbolçusu Rahid Əmirqulyevin DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyundan (1:0) sonra brifinq keçirib.
- Öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz?
- Çox çətin oyun oldu. Çünki rəqib tamamilə müdafiəyə oturmuşdu. Bu da bizə həmin müdafiəni yarmaqda çətinlik yaradırdı.
- Amma yaratdığınız imkanları da qola çevirə bilmirdiniz?
- (gülür - red.) O da düzdür. İlk yarı ilə müqayisədə ikinci hissədə daha çox qol imkanımız oldu. Yenə buna da şükür. Əsas o idi ki, 3 xalı qazandıq.
- Daha çox qol vurmağımıza nə mane oldu?
- Dediyim kimi, rəqib çox arxaya çəkilmişdi. Düşündük ki, ilk yarıda biz qol vurduğumuz üçün fasilədən sonra rəqib bir qədər irəli çıxacaq. Amma taktikanı dəyişmədilər və birinci hissədə necə oynamışdılarsa, ikinci hissədə də elə çıxış etdilər.
- Burada rəqibin azlıqda qalması da rol oynadı?
- Məncə, bunun say azlığı ilə əlaqəsi yox idi. Onlar elə oyun başlayandan arxada oturmuşdular.
- Düşünmürsünüz ki, milli komanda hələ tam hazır deyil?
- Onu mən deyə bilmərəm. Problem varsa belə, məşqçilər təhlil edəcək. Ola bilsin, ilk oyundur və bunun da təsiri var ("Report").
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır