“Qəbələ”nin estoniyalı futbolçusu Sergey Zenyov ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçiyə əsasən komandasının Avropa Liqasındakı çıxışı ilə bağlı suallar ünvanlanıb
- Sergey, “Qəbələ”də son dövrlərdəki oyununu necə qiymətləndirirsən? “Bu mövsüm Avropa Liqasında 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmısan.
- Bunu yaxşı qiymətləndirmək olar. Ancaq bu barədə mənim danışmağım düzgün deyil. Nəticələrə baxmaq lazımdır. Mən həmişə komandamın yaxşı nəticə qazanması üçün çalışıram. Son vaxtlar isə nəticələrimiz ürəkaçandır.
- Ardıcıl ikinci ildir ki, Avropa Liqasında yaxşı çıxış edirsən.
- Yəqin Avropa Liqası mənim turnirimdir (gülür). Bəli, Azərbaycan çempionatı ilə müqayisədə Avropa Liqasında daha yaxşı oynayıram. Səbəbini bilmirəm.
- Avropa Liqasının qrup mərhələsində “Anderlext”, “Maynz” və “Sent Etyen”Iə mübarizə aparacaqsınız. Bu rəqiblərdən ən çətini hansıdır?
- Düşünürəm ki, bu mövsüm bütün rəqiblərimiz səviyyəlidir. Əgər ötən mövsüm Dortmund “Borussiya”sı qrupumuzun favoriti sayılırdısa, indi rəqiblərin hər biri eyni dərəcədə güclüdür. Ancaq bütün rəqiblərlə oynaya bilərik.
- Komandanız ardıcıl iki ildir ki, I təsnifat mərhələsindən qrup mərhələsinə qədər irəliləyir. Bu, çox çətindir.
- Əlbəttə. Ötən mövsüm yaxşı təcrübə qazandıq. Bu, tək “Qəbələ” üçün yox, bütövlükdə Azərbaycan futbolu üçün uğur deməkdir.
- Azərbaycan çempionatında nə baş verir? Bu mövsüm cəmi iki oyun keçirmisiniz. İndi isə çempionatda uzunmüddətli fasilə yaranıb.
- Orada qrafiki qurmaq çətindir (gülür). 8 komandalı çempionatdır. Sentybarın 10-da növbəti turun oyunları keçiriləcək. Avropa Liqasında mübarizə apardığımız üçün bizim oyunlarımızın qrafikində müəyyən dəyişikliklər olur.
- Millinin Malta və Bosniya və Herseqovina ilə oyunları haqda nə düşünürsən?
- Yeni mövsümə Malta üzərində qələbə ilə başlamaq istərdik. Bu, komandada yaxşı əhval-ruhiyyə yarada bilər. Malta üzərində qələbə Bosniya və Herseqovinaya səfər öncəsi yerinə düşərdi. Bir sözlə, DÇ-2018-in ilk qarşılaşmasında qalib gəlməyə iddialıyıq.
- Millidə qol vurmağı öhdəliyinə götürürsən?
- Mən buna hazıram. Öhdəliyi götürmək istəyirəm.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar