"Hesab edirəm ki, "Qəbələ" yaxşı oyun nümayiş etdirdi. Hesab hər şeyi deyir. Təəssüf ki, "Qarabağ" İsveçdə "Göteborq"a uduzdu. Lakin qarşıda ev oyunu da var. Komandamızı sonadək dəstəkləmək lazımdır".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan klublarının Avropa Liqasının "pley-off" mərhələsində keçirdikləri ilk oyunları dəyərləndirərkən deyib.
O bildirib ki, Sloveniya "Maribor"una qarşı Bakıda start heyətində meydana çıxanlardan 10-nun legioner olması narahatedici hal deyil: "Hazırda "Qəbələ"nin əsas məqsədi qrupa vəsiqə qazanmaqdır. Biz də AFFA olaraq, futbolumuzun inkişafını istəyirik. "Qəbələ"nin qrupa düşməsi elə inkişafın bir göstəricisidir. Ən önəmlisi odur ki, qrupa nə qədər çox komandamız düşsə, bu, Azərbaycana pul gətirir. Belə hallar iqtisadi cəhətdən çox gözəl haldır. Klublar da stabilləşir. Qrup mərhələsində oynayan komanda minimum 3,5 milyon avro qazanacaq. Bunlar müsbət haldır. Bu gün Qriqorçuk nəticə vermək istəyir. Biz də onu anlayır, dəstəkləyirik".
E.Məmmədov Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin hər iki görüşü izlədiyini bildirərək, "Qəbələ"nin start heyətində yalnız Məhəmməd Mirzəbəyovun yer almasının da yığma adına müsbət hal olduğunu vurğulayıb: "Hətta bir oyunçu belə yığmanın 10 faizi deməkdir. Prosineçki Mirzəbəyovun start heyətində yer almasına sevinir və oyununu izləyir. Futbolçunun özü də legionerlərlə bir arada çıxış edəndə səviyyəsini də artırır. Növbəti mövsümlərdə Premyer Liqada legioner limitinin ləğvinin nə dərəcədə real məsələ olduğuna gəlincə, buna AFFA İcraiyyə Komitəsi qərar verməlidir".
Eddi İsrafilovun İspaniyanın 3-cü liqa komandası "Qalisiya"ya transferinə də münasibət bildirən AFFA rəsmisi futbolçunun milliyə çağırılıb-çağırılmamasına dair qərarı R.Prosineçkinin verəcəyini deyib: "Əsas məsələ odur ki, İsrafilov hələlik peşəkar liqada qalıb, həvəskar komandasına keçməyib. Ona görə də Eddini yığmaya dəvət edib-etməmək Prosineçkinin qərarıdır".
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu