"Çətin şərtlər altında çətin oyun keçdi. Bir sıra bəxtsiz vəziyyətlərə görə uğursuz nəticə qeydə alındı".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis 1:3 hesablı məğlubiyyəti belə izah edib:
"Hesab 1:0 və 1:3 olanda bizim şanslarımız vardı. Buraya müdafiə üçün gəlməmişdik. İlk hissədə planlaşdırdığımız işləri görməli idik. Rəqib geri çəkildi və topa nəzarət bizdə idi. "Qəbələ"nin əks-hücumlarda təhlükəli olduğunu bilirdik. Oyunun nəticəsinə təsir edən gözlənilməz məqam yox idi. Buraxılan toplar cərimə meydançasından qayıdanlar oldu. İkinci qol da elə oldu və top bizim komandadan getdi. Üçüncü qolda qapıçı üzərində açıq-aşkar cərimə vardı. Həmin epizodda bəxtsizlik öz sözünü dedi. Bugünkü oyun hər iki istiqamətdə cərəyan edə bilərdi. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, meydanı güləriz tərk edərdik".
Baş məşqçi bu gün "Qəbələ"nin daha güclü olduğunu deyib:
"Qəbələ" çox güclü rəqib idi və bunu dünən demişdim. Bu fikrimdən də dönmürəm. Buna baxmayaraq qarşıda növbəti 90 dəqiqə var və şanslarımız qalıb. Rəqibin güclü komanda olması faktı dəyişməz olaraq qalır. Sadəcə olaraq bəzi epizodlar bizim lehimizə işləmədi. Bu rəqibin əlehinə də ola bilərdi".
Qeyd edək ki, cavab görüşü bir həftə sonra Sloveniyada keçiriləcək.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq