Van Persi milliyə çağırılmadı

Van Persi milliyə çağırılmadı
GÜNDƏM 18 Avqust 2016 / 15:44 2708
-  A +

Hollandiya millisinin baş məşqçisi Dani Blind Roben van Persinin xidmətindən istifadə etməyəcək.

Qol.az-ın Hollandiya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Yunanıstanla yoxlama, İsveçlə dünya çempionatının seçmə oyunu üçün açıqlanan siyahıda “Fənərbaxça”nın hücumçusunun adı daxil edilməyib. Bundan başqa, zədəli olan “Bavariya”lı Aryen Robben də milliyə çağırılmayıb.

“Qalatasaray”lı Uesli Sneyder isə milliyə dəvət olunub.

Daha çox


Son xəbərlər