Rio-2016: Elvin Mürsəliyev 1/4 finalda uduzdu

Rio-2016: Elvin Mürsəliyev 1/4 finalda uduzdu
GÜNDƏM 14 Avqust 2016 / 19:09 7988
-  A +

Rio Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk olaraq Yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

75 kq-da yarışan Elvin Mürsəliyev 1/16 finalda misirli Mahmud Fevzi Raşadla qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən güləşçimiz 1/8 finala yüksəlib.

Bu mərhələdə Mürsəliyevin rəqibi qazaxıstanlı Doscan Kartikov olub. 5:1 hesablı qələbə qazanan güləşçimiz 1/4 finala adlayıb.

Yarımfinala gedən yolda Elvin Mürsəliyev macar Peter Baçi ilə üz-üzə gəlib. Amma bu dəfə güləşçimiz qələbə qazana bilməyib. Baçiyə 0:5 hesabı ilə uduzan Mürsəliyev yarımfinaldan kənarda qalıb.

Daha çox


Son xəbərlər