“Lill”lə oyunöncəsi mətbuat konfransında mərhələni adlayacaqları təqdirdə jurnalistlərə qonaqlıq verəcəyini vəd edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sözünün üstündə durub.
Qol.az-ın futbolxeber.az saytına istinadən yaydığı xəbərə görə, dünən günün ikinci yarısında dəvəti qəbul edən 16 mətbuat nümayəndəsi “Jumeirah Bilgah Beach Hotel"ə yollanıb. Adıçəkilən məkanda jurnalistləri Roman Qriqorçuk və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qarşılayıb.
Ukraynalı mütəxəssisin tərtib etdiyi proqrama əsasən media nümayəndələri ilk öncə “Aqua Park”da əyləniblər. Daha sonra jurnalistlər çimərlik futbolunda güclərini sınayıblar. Roman Qriqorçuk da matçın iştirakçısı olub. Görüş ukraynalı mütəxəssisin yer aldığı komandanın 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisinin müəllifi məhz Qriqorçuk olub.
Daha sonra isə hər kəs süfrə arxasına toplaşıb. Qriqorçuk dəvəti qəbul edənlərə təşəkkürünü bildirib. Media nümayəndələri də öz növbələrində “Qəbələ”nin çalışdırıcısına qarşıdakı “Maribor”la oyunda uğurlar arzulayıblar.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi