UEFA reytinqimizə cüzi xal əlavə olundu

UEFA reytinqimizə cüzi xal əlavə olundu
GÜNDƏM 3 Avqust 2016 / 11:20 6744
-  A +

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən 5 cavab oyunundan sonra siyahıda ciddi dəyişiklik olmayıb.

Azərbaycanın mövqeyi də dəyişməyib. Ancaq 24-cü pillədə olan ölkəmizin hesabına 0.125 xal əlavə olunub. Bu, “Qarabağ”ın “Viktoriya” ilə qollu heç-heçəsi (1:1) sayəsində olub.

Qeyd edək ki, cari mövsüm avrokuboklarda iştirak edən klublarımız Azərbaycana 2.250 xal qazanıdırıb.

Daha çox


Son xəbərlər