Şehiş penaltini dəf etdi, Bosniya finala çıxdı (VİDEO)

Şehiş penaltini dəf etdi, Bosniya finala çıxdı (VİDEO)
GÜNDƏM 3 İyun 2016 / 14:04 11401
-  A +

Yaponiyada keçirilən Kirin kubokunda ilk finalçı məlum olub.

Qol.az-ın məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Hersoqovina millisi yarımfinalda Danimarkaya qalib gələrək finala vəsiqə qazanıb.

Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan bosniyalılar 4:3 hesabı ilə qalib gəlb. Start heyətdə meydana çıxan və sona qədər mübarizə aparan Şehiç penaltilərdən birini dəf edib.

Qeyd edək ki, Bosniya Hersoqovina millisi finalda bu gün keçiriləcək Yaponiya - Bolqarıstan oyununun qalibi ilə qarşılaşacaq.


Daha çox


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner