Daha bir futbolçu Bakı “İnter”indən getdi
Daha bir futbolçu Bakının “İnter” klubundan ayrılıb.
Klubdan Qol.az-a verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskirinin başa çatan müqaviləsi yenilənməyib. Bunu 24 yaşlı futbolçu özü istəyib. O, "bankirlər"in yeni müqavilə təklifini qəbul etməyib.
Qeyd edək ki, Gürcüstan milli komandasının üzvü ötən mövsümdən “İnter”də çıxış edirdi.