“Hər şey yaxşı olacaq” – Prosineçki

“Hər şey yaxşı olacaq” – Prosineçki
ÖLKƏ FUTBOLU 3 İyun 2016 / 11:00 4941
-  A +

“Fansaya getməyə hazırlaşıram. Avropa çempionatını izləməliyəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis “DÇ-2018”in seçmə mərhələsində rəqiblərimiz olan Almaniya, Çexiya və Şimali İrlanidiyanın oyunlarına xüsusi diqqət etməli olduğunu vurğulayıb:

“Rəqiblərimizin oyununu izləmək vacibdir. Məncə, hər şey yaxşı olacaq. Fransada təhlükəsizliyin təmin olunmasında problem yaşanacağını düşünmürəm.

Prosineçki sabiq komandası “Srvena Zvezda”nın ölkə çempionu olmasına da münasibət bildirib:

“Bilirəm ki, çempionluqdan sonra Belqradda, komandada eyforiya var. Ancaq indi daha ağıllı düşünmək lazımdır. Hədəflər böyüməlidir. Artıq Çempionlar Liqası ilə tanış olmağın vaxtıdır. Əsl böyük oyunlar orda olur”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır