FİFA-ın yeni reytinqi: millimiz gerilədi

FİFA-ın yeni reytinqi: millimiz gerilədi
GÜNDƏM 2 İyun 2016 / 12:39 5491
-  A +

Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə  5 pillə geriləyib.

Avstriyada keçirilən təlim-məşq toplanışında millimizin Andorrayla heç-heçəsi və Makedoniyaya uduzması reytinq cədvəlinə təsirsiz ötüşməyib.

Robert Prosineçkinin komandası 252 xalla 138-ci pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 25-ci, Çexiya 30-cu, Norveç 51-ci, San-Marino isə 200-cü yeri tutur.

 
Qeyd edək ki, siyahıya 1503 xalla Argentina yığması başçılıq edir.

Daha çox


Son xəbərlər