Reynaldo Braziliyada qəza törətdi

Reynaldo Braziliyada qəza törətdi
ÖLKƏ FUTBOLU 2 İyun 2016 / 10:04 10153
-  A +

"Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.
 
Qol.az-ın "Globo"ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib.  Doğma şəhərində dincələn hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə motosiklin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.
   
Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib.

Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq