​"Qəbələ" daha 2 futbolçusu ilə müqaviləni yeniləyir

​"Qəbələ" daha 2 futbolçusu ilə müqaviləni yeniləyir
ÖLKƏ FUTBOLU 24 May 2016 / 10:42 4174
-  A +

"Qəbələ" klubu 2 futbolçusu ilə müqavilə müddətini artıracaq.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, yarımmüdafiəçilər Asif Məmmədov və Rəşad Sadiqovun anlaşmalarının uzadılmasına dair razılıq əldə olunub. Lakin o, müddətin hələ müəyyənləşmədiyini söyləyib. Klubla müqavilə müddəti başa çatan digər futbolçuların taleyinə isə tezliklə aydınlıq gələcək.

Qeyd edək ki, Rəşad Sadiqov 2014/2015 mövsümünün qış fasiləsində, Asif Məmmədov isə 2015-ci ilin yay transfer pəncərəsində "Qəbələ"yə keçib. Daha öncə "qırmızı-qaralar" hücumçu Ermin Zetslə yollarını ayırıb, qapıçı Dmitri Bezotosnı ilə 2017-ci ilin yayınadək yeni müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər