Rövnəq Abdullayev: "Millimiz şərəflə çıxış etdi"

Rövnəq Abdullayev: "Millimiz şərəflə çıxış etdi"
ÖLKƏ FUTBOLU 22 May 2016 / 08:46 2496
-  A +

"Bakıda 17 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatı – 2016-nın təşkilati məsələləri UEFA tərəfindən yüksək qiymətləndirilib".

Qol.az--ın “Report”a istinadən yaydığı xəbərə görə, bu sözləri final oyunundan sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

O, turniri ümumilikdə normal qiymətləndirib:

“Normal keçdi. Mən deyərdim ki, biz turniri ən yüksək səviyyədə standartlara uyğun keçirdik. Həm açılış, həm bağlanış mərasimləri, həm oyunların gedişi, təşkilati məsələlər UEFA tərəfindən yüksək qiymətləndirildi. Daha çox Portuqaliya yığmasının oyununu bəyəndim”.
AFFA prezidenti Azərbaycan millisinin çempionatda çıxışını da dəyərləndirib:

“Azərbaycan millisinin futbolçuları birinci oyunda məğlub olsalar da, ikinci oyunda özlərini doğrultdular. 16-17 yaşında ikən qitəmiqyaslı yarışda oynamaq böyük şərəfdir. Millimiz, gənc futbolçularımız şərəflə çıxış etdilər”.

Daha çox


Son xəbərlər