"Ramil Diniyev "Rəvan" - "Xəzər Lənkəran" matçını normal idarə etdi. Təyin etdiyi penalti də düz idi".
Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Premyer Liqasında 36-cı tur matçının 80-ci dəqiqədə baş vermiş epizodda həqiqətən də kobudluq olub: "Epizoda diqqətlə baxsanız, "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov "Rəvan"ın oyunçusu Ruslan Tağızadənin sinəsinə dirsəklə zərbə endirir. Bu, Tağızadənin topa yiyələnərək, irəliləmək istədiyi vaxt baş verib. Ona görə də penalti qərarı haqlıdır".
X.Məmmədovun sözlərinə görə, R.Tağızadə simulyasiyaya meyilli futbolçu olsa da, bu dəfə kobudluğa məruz qalıb. Sədr "Rəvan"ın oyunçusunun həmin epizodda qayda pozuntusunun olmadığını etiraf edərək, "Xəzər Lənkəran" azarkeşlərindən üzr istəməsinə belə münasibət bildirib: "Son vaxtlar futbolçularda dəbə düşüb. Oyundan sonra komandalarının lehinə qəbul olunmuş qərarların yanlış olduğunu deyirlər. "Mənə qarşı kobudluq yox idi", "Qəsdən özümü yerə atmışdım" kimi fikirlər səsləndirirlər. Tağızadənin özü dəfələrlə hakimləri aldatmağa yönəlmiş hərəkətlərə yol verib. Amma bu dəfə həqiqətən də kobudluğa məruz qaldı. Özünün nə deməsindən asılı olmayaraq, hakim epizodu düzgün qiymətləndirdi".
Onun fikrincə, R.Diniyev "Xəzər Lənkəran"a qarşı qərəzli olsaydı, ikinci hissədə penalti epizodundan öncə "Rəvan"ın təmiz qolunu sayar, penaltidən sonra isə meydan sahiblərinin lehinə daha bir penalti təyin edərdi. X.Məmmədov sayılmayan qol epizodunda da baş hakimin səhvinin olmadığını bildirib: "Belə epizodu tutmaq çətin idi. Bunu baş hakim görə bilməzdi. Bu, qapı arxasında duran əlavə köməkçi hakimin və ya yan xətt hakiminin görməli olduğu epizoddur. Oyuna əlavə köməkçi hakim təyinatı olmamışdı, yan xətt hakimi isə gənc Elgün Adıgözəlli idi. Gənc olmasına baxmayaraq, Adıgözəlli cəzalanacaq".
Hakimlər Komitəsinin sədri referiyə haqq qazandırmasına baxmayaraq, penalti epizodunun nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də müzakirə obyektinə çevrilməsində problem görməyib: "Kim nə danışırsa, özü üçün danışır. Mən mövqeyimi dedim".
Qeyd edək ki, Ramil Diniyevin təyin etdiyi penaltini Ramazan Abbasov qola çevirib. Bu qol sayəsində "Rəvan" 2:2 hesablı heç-heçəyə nail olaraq, Premyer Liqada qalıb. "Xəzər Lənkəran" isə sonuncu yeri tutduğu üçün, reqlamentə əsasən, birinci diviziona enib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video