"Uzun yolun sonunda gözəl çempionluğa qovuşduq. Fikrimcə, bu, bizim üçün çox yaxşı çempionat oldu. Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışdıq. Yenidən çempion olduğumuz üçün özüm, komandam, məşqçilər heyəti və klub prezidenti adına çox xoşbəxtəm".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli deyib.
34 yaşlı müdafiəçi ardıcıl üçüncü mövsüm qazandıqları çempionluğa rəğmən, mayın 25-də "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçından da qalib ayrılmaq istədiklərini bildirib:
"Qarşıdakı oyunda da komandama əlimdən gələn köməyi göstərməyə çalışacağam. "Neftçi" ilə final matçında yenidən "qızıl dubl" əldə etmək üçün meydana çıxacağıq".
Aqolli hər 3 çempionluğun ona əziz olduğunu və qızıl medalları suvenir kimi saxlayacağını vurğulayıb. O, klubla başa çatan müqaviləsini yeniləmək və Albaniya millisinin heyətində "Avro-2016"ya "Qarabağ"ın futbolçusu kimi getmək istədiyini söyləyib: "Yaxın günlərdə bu məsələyə baxılacaq. Hər şey yaxşılığa doğru gedir. "Avro-2016-da "Qarabağ"ın futbolçusu kimi çıxış etmək istərdim".
Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"da 2011-ci ildən çıxış edir. Albaniya isə Avropa çempionatında Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupuna düşüb.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi