"Zirə" Rəşad Abdullayevlə yolları ayırdı

"Zirə" Rəşad Abdullayevlə yolları ayırdı
GÜNDƏM 21 May 2016 / 01:04 5201
-  A +

"Zir"ə kapitanı Rəşad Abdullayevlə yollarını ayırmağa qərar verib.

Qol.az-ın məlumatına görə, bu haqda Sportnet.az-a komandanın baş məşqçisi Adil Şükürov məlumat verib.
 
O, 35 yaşlı yarımmüdafiəçinin gedişinin artıq dəqiqləşdiyini bildirib: "Bəzi futbolçularla söhbət etmişik. Əsas da kapitanımız Rəşad Abdullayevlə. Rəşad daha çox oynamaq istəyirdi. Bizdə də rəqabət güclü olduğuna görə əsas heyətə düşmək çətin olur. Abdullayevlə bu haqda danışdıq və yollarımızı ayıracağıq. Gedənlərdən hələ də ki yalnız Rəşadın adını çəkə bilərəm. Komandamızı gücləndiiməliyik. Bəzi yeni futbolçularla söhbətlərimiz olub. Məsələlər həllini tapandan sonra mətbuata geniş məlumat verəcəyik".
 
Qeyd edək ki, R.Abdullayev mövsümün əvvəlində AZAL-dan transfer olunmuşdu.

Daha çox


Son xəbərlər