Bu gün Topaz Premyer Liqada 2015/2016 mövsümünə yekun vurulub .
Qol.az-ın məlumatına görə, 36-cı turun bütün görüşləri bu gün keçirilib.
Gəncədə "Kəpəz" "Qəbələ"ni qəbul edib. Eyni xala malik olan və turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilirdi. Matçın taleyini bir qol həll edib. Aleksey Qayın görüşün 76-cı dəqiqəsində vurduğu qol "qırmızı qaralar"a minimal hesablı qələbə qazandırıb. Bu qələbə sayəsində "Qəbələ" çempionatın bürünc medallarına yiyələnib.
"İnter" öz meydanında "Zirə"ni sınağa çəkib. Zaur Svanadzenin komandası turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini qorumaq və çempionatın bürünc medallarına yiyələnməsi üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalı idi. "Bankirlər" "Zirə"ni 1:0 hesabı ilə məğlub etsələr də, bu bürünc medal üçün yetərli olmayıb. Buna digər oyunda "Qəbələ"nin səfərdə "Kəpəz"ə qalib gələrək üçüncü pilləyə yüksəlməsi səbəb olub.
Çempionatın autsayder klubları - "Rəvan" və "Xəzər Lənkəran" bu dəfə "Bayıl Arena"da üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabda 2:0 öndə olmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyən "Xəzər Lənkəran" mövsümü sonuncu pillədə başa vurub.
"Neftçi" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, "Neftçi" Avroliqaya vəsiqəni təmin edib.
AZAL isə çempion "Qarabağ"ın qonağı olub. Matç Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
20 may (cümə)
Topaz Premyer Liqası, 36-cı tur
19:00. "Sumqayıt" – "Neftçi" - 2:1
Qollar: Araz Abdullayev, 14 (0:1), Vaqif Cavadov, 17 (1:1), Amil Yunanov, 63 (2:1)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
“Kapital Bank Arena”.
19:00. "Qarabağ" – AZAL - 3:0
Qollar: Mahir Mədətov, 21 (1:0), Migel Madera, 30 (2:0), Dani Kintana, 41 (3:0)
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Azersun Arena”.
17:00. “Kəpəz” – “Qəbələ” - 0:1
Qol: Aleksey Qay, 76 (0:1)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.
17:00. “İnter” – “Zirə” - 1:0
Qol: Abbas Hüseynov, 69 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
“İnter Arena”.
17:00. “Rəvan” – “Xəzər Lənkəran” - 2:2
Qollar: Bayram Budaqov, 2 (0:1), İbrahim Qədirzadə, 66 (0:2), Yasin Həmid, 76 (1:2), Ramazan Abbasov, 82-pen (2:2)
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
“Bayıl Arena”.
Turnir cədvəli
|
Bombardirlər:
Dani ("Qarabağ") - 15 qol
Nelson Bonilla ("Zirə") - 14 qol
Ruslan Qurbanov ("Neftçi") -13 qol
Amil Yunanov ("Sumqayıt") - 12 qol
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı