Erkin İbrahimov: “Klub rəhbərliyinin məntiqsiz qərarları oldu”
“Neftçi” dövrünün ən uğursuz mövsümlərindən birini başa vurmaqdadır. Komanda çempionatın başa çatmasına bir tur qalmış 6-cı pillədə qərarlaşıb. Komandanın bu gün üçün yeganə təsəllisi yalnız ölkə kubokunun finalına vəsiqə qazanması ola bilər.
Razılaşaq ki, cari mövsüm çempionatdakı çıxış “Neftçi” tarixinin ən acınacaqlı səhifələrindən biri olub.
Futbol eksperti Erkin İbrahimovla bugünkü söhbətimiz də “Neftçi”nin çıxışları barədə oldu.
- Həmişə onun tərəfdarı olmuşam ki, istər klublarda, istərsə də milli komandada problem olanda bunun səbəbini rəhbərlikdə axtarmaq lazımdır. “Neftçi” rəhbərliyi də çox səhv etdi. Emosional çıxışları, məntiqsiz qərarları oldu. Uğursuz oyunların birindən sonra üç əsas futbolçunu qovdular. Bütün bunlar nəticələrə təsir edir. Belə hiss olunur ki, onlar yavaş-yavaş öyrənirlər. Yeni qəbul edilən qərara görə, bundan sonra klubun direktoru və baş məşqçisi Vəli Qasımov birbaşa Müşahidə Şurasına tabe olacaq. Belə çıxır ki, buna qədər Vəli Qasımov özbaşına fəaliyyət göstərirmiş. Yəni çox boşluq var idi. Klub rəhbərinin tutduğu mövqe siravi işçilərə də təsir edir. Klub rəhbəri deyəndə ki, büdcəmiz azdı, istər-istəməz futbolçularda və məşqçi heyətində də ruh düşgünlüyü yaranır.
- Yəni “Neftçi”nin uğursuzluğunu səbəbi sırf Müşahidə Şurasının səriştəsizliyidir?
- Futbolda təcrübə mütləq lazımdır. Fergüsson xatirələrində bu barədə yazıb. Misal gətirir ki, o dövrdə Roman Abramoviç kimi bir çox milyonçu İngiltərə futboluna axın etdi. Onlar biznesdə, yəni öz sahələrinin peşakarı olublar. Ancaq futbolda batıblar. Fergüsson deyir ki, mən də onların uğur qazandığı sahələrdə batardım. Yəni futbolu bilən adamlarla çalışmaq lazımdır. İnandığın adamlar olmalıdır. “Neftçi”də bu sarıdan da problemlər oldu. “Neftçi” rəhbərliyinin inandığı şəxslərin özlərinə də futbolu bilən kadrlar lazım idi (gülür). “Qarabağ” klubuna da rəhbərlik yeni gələndə uğurlu çıxış etmirdilər. Ancaq onlar Qurban Qurbanovdan yapışdı. Gördülər ki, bu adam yaxşı nəticə verir. Təbii ki, onlar bu seçimində yanılmadı. Təəssüf ki, bu gün elə məşqçilər azdır ki, klub onlara etibar edə bilsin. Qurban Qurbanov belə məşqçilərdəndir. Nəinki Azərbaycanda, hətta dünyada elə məşqçi tapmaq çətindir ki, düşünəsən ki, komandanı ona etibar etmək olar. “Neftçi” klubunda sırf idarəetmədə boşluqlar çox oldu. Bunun nəticəsində komanda aşağı pillələrdə qərarlaşıb.
- Komanda ilk “üçlüy”ə belə düşə bilmədi.
- Yeni rəhbərlik kluba gələrkən çox diqqətli olmalıdır. “Neftçi” rəhbərliyi bəzi strateji səhvlərə yol verdi. Bu səhvləri indi-indi başa düşürlər. Getdikcə səhvlərdən nəticə çıxarırlar. Bu da yaxşı haldır. Çox az adam öz səhvindən nəticə çıxara bilir. Transfer siyasəti çox bərbad oldu. Gətirilən legionerlər fəciəvi çıxdı. Yerli, gənc futbolçuların çıxışı isə bizi sevindirir. “Neftçi” rəhbərliyi gəldi-gedərdi. Həmin futbolçular isə bizə lazım olacaq.
- Müşahidə Şurasının gələn mövsüm artıq futbolu öyrənəcəyinə və komandanın yaxşı nəticə qazanacağına ümid etmək olar?
- Hər halda dəyişikliklər lazımdır. Səhvlər həddindən artıq çox oldu. Əsasən də transfer sahəsində. Komandanın fundamenti bu aylarda qurulmalıdır. Bir az diqqətli olmaq lazımdır. Fikir vermək lazımdır ki, futbolçuları buna qədər kim seçib. Düzdür, bütün günahı Bəxtiyar Musayevin üstünə atdılar, ancaq onluq bir şey yox idi. Çünki o, bu işlərdən uzaq idi.
- Bəs, günah kimdə idi?
- Onu bilmək üçün klubun içini də bilmək lazımdır. Adətən transferlərə görə idman direktoru cavabdeh olur. Yəqin ki, bu futbolçuları Bəhram Bağırzadə seçməyib. Bununla belə, “Neftçi”də futbolu gözəl anlayan adamlar da var. Klub rəhbərliyində Zaur Qəhramanov kimi uzun müddət tanıdığım insan təmsil olunub. “Neftçi”nin özündə də transfer siyasətinin iflasa uğradığını anlayırlar və şübhəsiz ki, müəyyən nəticələri çıxarıblar. Əsas odur ki, bu səhvlər ardıcıl ikinci il təkrarlanmasın. Artıq seleksiya işini yeni bir şəxsə həvalə etmək lazımdır. On məşqçidən birində seleksiya bacarığı olur. Çünki bu işi öyrənməklə deyil. Gərək o insanın özündə olsun. Yəni ya zövqlü insan var, ya da zövqsüz. Bu, Allah vergisidir. Məncə, hazırkı legionerlərin “Neftçi”də yeri yoxdur. Yalnız Ailtonu saxlamaq olar. Onu da perspektivli futbolçu kimi yox, hərdən oyuna girib, qol vurması üçün saxlamaq lazımdır.
- “Neftçi”də azarkeşlərlə iş necə qurulub?
- Məncə, “Neftçi” kartının yaradılması lazımlı idi. Bu ideyanı bəyənirəm. Ancaq indi onun məqamı deyildi. Heç olmasa 1-2 uğurlu nəticədən sonra bunu etmək olardı. Açığı, bu gün Azərbaycan futbolunda azarkeş nə AFFA-ya, nə də klublara lazımdır. Bu gün klub rəhbərləri işi elə qurur ki, oyuna çox azarkeş gəlməsin. Çünki biri var 50 azarkeşin qarşısını alasan, biri də var 5 min. Stadionda çox adam olanda klub rəhbərliyinin bütün səhvləri, problemli işləri şıltaqlığı ilə ortaya çıxır. Azarkeş ordusunu elə klublar yarada bilər ki, onun nəticəsi olsun. “Neftçi” azarkeşlərlə müəyyən layihələr edir. Hamısı boş şeylərdir. Bir çox klublar kimi “Neftçi”yə də azarkeş lazım deyil.
- “Neftçi” Avroliqaya vəsiqə qazansa, nəsə edə bilər?
- Düzdür, Vəli Qasımovun son oyunlarda uğurları oldu. Ancaq baxırsan ki, komanda bir oyunda penalti ilə qalib gəldi, digərində rəqib çox zəif təsir bağışladı. Biz həmişə yerli məşqçilərin tərəfdarı olmuşuq. Ancaq dəyişiklik lazımdır. İnamımız yoxdur ki, Vəli Qasımov gələn mövsüm komandanı yüksək yerlərə daşıyacaq. Kubokun finalını gözləməliyik. Ondan sonra bu suala daha dolğun cavab vermək olar.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video