"Araz-Naxçıvan" Misli Premyer Liqasının 11-ci turunda "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyunla bağlı çox danışmaq istəmirəm. Bu gün elə gündür ki, ölkə olaraq qələbə qazanmışıq. Bunun qarşılığında bizim qazandığımız nəticə çox da önəmli deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Matça gəldikdə isə ağır oyun alındı. Komanda olaraq oyuna yaxşı girmədik. Çoxsaylı top itkilərinə yol verirdik. Rəqib bundan istifadə edirdi. Yenə də şükürlər olsun ki, qələbə qazandıq və liderlər qrupundan geri qalmadıq.
- Əsas heyətin bir çox üzvlərinə bu gün şans vermədiz. Bu, nə ilə bağlı idi?
- Builki heyətimiz genişdir. Bütün oyunçulardan istifadə etmək fikrindəyik.
- Qapıda Tərlan Əhmədliyə şans vermişdiz. “Karvan-Yevlax”ı zəif hesab edirdiniz?
- Xeyr. Tərlan Əhmədli bir neçə tur əvvəl də meydana çıxmışdı. Avram isə son zamanlar çox qol buraxdığı üçün özünəinam problemi yaşayırdı. Tərlan bəyəndiyim qapıçıdır. Bizdə əsas heyət anlayışı yoxdur. Oyuna müəyyən heyətlə başlayırıq, lakin gedişatda dəyişikliklər olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil.
- Rəqibin vaxt aparması sizi əsəbiləşdirirdi?
- Normal haldır. İstəyirik ki, oyunun ritmi düşməsin. Futbolçular 2-3 dəqiqə temp yaradır, sonra oyun düşür. Buna görə narazılığım var idi. Düşünürəm ki, komanda şəklində daha da artırmalıyıq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı