“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Qurban Qurbanovdan danışıb.
QOL.az xəbər verir ki, Buruk məşhur şərhçi Ertem Şenerə müsahibəsində Qurbanovun oyununu və uğurlarını dəyərləndirib.
“Üç il əvvəl Bakıda Qarabağla keçirdiyimiz hazırlıq oyununda həm onu, həm də Qarabağ komandasını yaxından tanımaq fürsətim oldu. Məncə, bu gün qazandıqları uğurlar təsadüfi deyil. O gündən etibarən komandalarının oyun üslubu və taktiki hazırlığını görə bilmişdim. Qarşı tərəfdə oynayanda, xüsusilə də idman baxımdan Qarabağ komandasının nə qədər güclü olduğunu daha yaxşı anlayırsan. Eyni zamanda Qurban Qurbanovun nə qədər bacarıqlı bir baş məşqçi olduğunu da orada, hətta sadəcə bir hazırlıq oyunu olsa belə, açıq şəkildə görmüşdüm. Buna görə də onun Avropada əldə etdiyi uğurlar mənim üçün heç də təəccüblü deyil”.
Qeyd edək ki, Ertem Şener bir neçə gün əvvəl Bakıya gələrək Ağdam təmsilçisinin Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdiyi oyunu şərh etmişdi.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar