Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulub.
QOL.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.
Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub.
Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatıb. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. "Sabah" klubu isə turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
Turun son matçında isə Azərbaycan derbisi baş tutub. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edib. Ağdam klubu əzəli rəqibini 2:0 hesabı ilə məğlub edərək yenidən liderliyə yüksəlib. Bu, komandalar arasında 100-cü derbi matçı olub.
9 noyabr (bazar)
18:44. “Qarabağ” - “Neftçi” - 2:0
Qol: Toral Bayramov, 50-pen.; Kamilo Duran, 84
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
“Azersun Arena”
15:44. “Kəpəz” - “Sabah” - 1:3
Qol: Velko Simiç, 22 (0:1), Coy-Lens Mikesl, 28 (0:2), Olavale Onanuqa, 45+5 (1:2), İqor Noqeyra, 54 (1:3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu
7 noyabr (cümə)
“Şamaxı” - “İmişli” - 1:0
“Qəbələ” - “Sumqayıt” - 0:2
8 noyabr (şənbə)
“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1
“Zirə” - “Turan Tovuz” - 0:0

Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 6 qol
Bassala Sambu ("Neftçi") - 4 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol
“Onunla işləmək əsl kabusdur”
60 min avroluq saatları oğurlandı
UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
Yeni baş məşqçinin transfer hədəfi bilindi
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Kosovo və İsrail heç-heçə etdi
Almaniya ilə matçı buraxacaq
Ronaldodan sonra formanın dizaynı dəyişdi - Şəkil
Azərbaycan millisi Omana qalib gəldi
"Yamal dahidir, onu qorumalıyıq"
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Barselona" ilə matça görə kral qaydasını pozdu
Yaponiya Braziliyaya qalib gəldi
Bugünkü oyunu buraxacaq
Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi
"Kəpəz" "Gəncəbasar"la heç-heçə etdi
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Rövşən Nəcəf millimizi təbrik etdi
Noyer həyat yoldaşından ayrıldı
Milliyə həssas vida - Video
Məhəmməd Salahdan tarixi rekord
“Real” 20 yaşlı futbolçu ilə razılaşdı
Xavidən 7:0-lıq qələbəyə şərh
Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?
Dünyanın ən yaxşı 10 futbolçusu