Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalarla bağlı növbəti statistikanı təqdim edib.
QOL.az xəbər verir ki, indiyədək 649 futbolçu ölkə çempionatında “Qarabağ” və “Neftçi”dən ən azı birinin formasını geyinib.
Onlardan 66 futbolçu Azərbaycan çempionatlarında həm “Qarabağ”, həm də “Neftçi”də çıxış edib.
Yalnız bir futbolçu – Rəşad Sadıqov ölkə çempionatlarında həm “Qarabağ”, həm “Neftçi”də 100-dən çox oyun keçirib.
Düzdür, Samir Abasov da “Qarabağ”ın futbolçusu olarkən indi baş məşqçisi olduğu “Neftçi”yə qol vurub. Amma o, çempionat deyil, kubokda fərqlənib.
8 dəfə - 7 futbolçu çempionatın eyni mövsümündə hər iki komandanın formasını geyinib: Elnur Allahverdiyev (2008/09), Namik Ələskərov (2016/17), Nazim Əliyev (1995/96), Rasim Abuşov (1993/94 və 1995/96), Rəşad Sadiqov (2008/09), Təbriz Həsənov (1992), Vadar Nuriyev (2000/01).
Eyni mövsümdə hər iki klubla derbidə oynayan ilk futbolçu – Rasim Abışov – 1993/94 mövsümündə: 16.10.1993. “Neftçi” – “Qarabağ” – 1:1 (“Neftçi”də), 03.04.1994. “Qarabağ” – “Neftçi” – 1:0 (“Qarabağ”da)
Ümumilikdə üç dəfə - Rasim Abışov 1993/94 və 1995/96 mövsümlərində, Nazim Əliyev isə 1995/96 mövsümündə hər iki komandada oynayıb.
1995/96 mövsümündə Nazim Əliyev hər iki komandanın heyətində qol vurub. 17.09.1995. “Neftçi” – “Qarabağ” – 2:2 (“Neftçi”də dubl), 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2 (“Qarabağ”da 1 qol)
Derbidə 466 futbolçu iştirak edib.
Maksim Medvedev derbidə ən çox oyuna çıxan futbolçudur – 50 matç. O, yalnız “Qarabağ” forması daşıyıb.
Maksim Medvedev hamıdan çox – 18 mövsümdə derbidə meydana çıxıb.
Maksim Medvedev hamıdan çox – 4184 dəqiqə derbidə oynayıb.
43 futbolçu derbidə hər iki komandanın formasını geyinib.
Hər iki klubda oynayanlar arasında Qara Qarayev hamıdan çox – 47 matç keçirib.
Ansi Aqolli legioner statuslu oyunçular arasında hamıdan çox – 28 derbidə iştirak edib. O, bütün görüşləri “Qarabağ”da keçirib.
“Neftçi”nin heyətində ən çox derbiyə çıxan Emin Mahmudovdur – 25 matç.
Qurban Qurbanov futbolçu kimi 6, baş məşqçi kimi 67 – ümumilikdə 73 derbidə iştirak edib.
“Neftçi”nin baş məşqçisi Samir Abasov kimi köməkçisi Seymur Rəhimov da derbidə hər iki komandanın, digər köməkçisi Mübariz Orucov isə “Qarabağ”ın formasını geyinib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov kimi köməkçiləri Elçin Rəhmanov, Zaur Tağızadə və Elxan Həsənov da futbolçu vaxtı yalnız “Neftçi” ilə derbiyə çıxıb, digər köməkçi Müşfiq Hüseynov isə hər iki tərəfdə oynayıb.
Yalnız bir qapıçı hər iki komanda ilə derbidə qol buraxıb – Cahangir Həsənzadə.
Daha iki qapıçı – Rauf Mehdiyevlə Rauf Salamov derbidə hər iki qapını qorusa da, yalnız “Neftçi”də qol buraxmayıblar.
Derbidə ən çox iştirak edən qapıçı – İbrahim Şehiç (“Qarabağ”) – 16 oyun
Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) derbidə meydana çıxsa, rekord təkrarlanacaq.
Derbiyə “Neftçi” formasında ən çox çıxan qapıçı – Aqil Məmmədov – 14 oyun
Derbidə ən çox qol buraxan qapıçı – Aqil Məmmədov (“Neftçi”) – 26 top.
İndiyədək 25 qapıçı ən azı 1 oyunda qol buraxmayıb.
Fərhad Vəliyev hamıdan çox – 10 quru oyun keçirib. O, bu görüşlərə “Qarabağ” formasında çıxıb.
Hazırda “Qarabağ”ın heyətində olan Mateuş Koxalski hələ də qol buraxmayanlar arasında ən çox matç keçirib – 3 görüşdə 0 qol.
“Neftçi”nin quru oyun sayında rekordçusu Vladimir Miçoviç 6 matçda qapısını toxunulmaz saxlayıb.
İlk quru oyun komandalar arasında 4-cü duelə təsadüf edib. Camaləddin Əliyev (“Qarabağ”) 1993/94 mövsümündə qapısını toxunulmaz saxlaya bilib (03.04.1994, 1:0).
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi