“Zirə”nin yarımmüdafiəçisi Brahim Konatenin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”la qolsuz bərabərə qaldınız. Görüşü necə şərh edərdiniz?
- “Turan Tovuz” çox güclü rəqibdir. Yaxşı müdafiə olunurlar. Onlara çox qol vurmaq demək olar ki, mümkün deyil. 90 dəqiqə ərzində döyüşdük, meydanda tam gücümüzlə mübarizə apardıq. Yekunda heç-heçə qeydə alındı. Məncə, bu matçda 2 xal itirmədik, 1 xal qazandıq.
- Lakin nəzərə almaq lazımdır ki, 60-cı dəqiqədən etibarən say üstünlüyünə malik idiniz...
- Bəli, rəqib azlıqda qaldıqdan sonra hesabı açmağımız mümkün idi. Lakin “Turan Tovuz” 10 nəfərlə əsas gücü müdafiəyə yönəltdi. Demək olar ki, bütün komanda ilə arxaya çəkilmişdilər. Bu halda onların müdafiə xəttini yarmaq çox çətin idi. Yenə də fikrimdə qalıram ki, biz 2 xal itirmədik, 1 xal qazandıq. Bu matçda qalib gələ bilməsək də, növbəti matçlarda istəyimizə çatmağa çalışacağıq.
- Oyundakı ən mübahisəli epizodun baş rol ifaçısı kimi, həmin anı necə dəyərləndirirsiniz? Hakimin sizə qırmızı vərəqə göstərib, sonra qərarını ləğv etməsi barədə fikirləriniz necədir?
- Mənə görə, qırmızı vərəqəlik epizod deyildi. Fikir verdinizsə, hakim mənə qırmızı vərəqə göstərsə də, meydanda qaldım, paltardəyişmə otağına yollanmadım. Referinin VAR-a baxmasını gözləyirdim. Çünki qırmızı vərəqəyə layiq olmadığıma əmin idim. Həmin epizodda Miller mənə yaxınlaşdı, mən ona demək olar ki, toxunmadım. O isə anidən özünü yerə atdı.
- Çempionatın ilk dövrəsi başa çatdı. Geridə qalan müddəti “Zirə” üçün necə dəyərləndirirsiniz?
- Ümumilikdə komandanın performansı barədə xoş sözlər demək olar. Bəzi matçlarda heç-heçə ilə kifayətləndik. Halbuki həmin görüşlərdə də qələbə qazanmaq mümkün idi. Yalnız 1 matçda məğlub olduq. Komanda ilk dövrədə heç də pis təsir bağışlamadı. İndi əsas olan ikinci dövrəyə yaxşı hazırlaşmaqdır.
- Gedişat nə göstərir, “Zirə” qarşıya qoyulan hədəfə çata biləcək?
- Son 3-4 ildə “Zirə” hər dəfə avrokuboklara vəsiqə qazanır. Odur ki, mövsümü yüksək mövqelərdə bitirməyimiz məqsədə çevrilib. Məqsədə çatmağımız isə elə də çətin görünmür. Yenə də yüksək yerlər uğrunda mübarizə apara bilərik. Ümumilikdə biz iddialı komandayıq.
- Fərqli klubda olsanız da, ötən il də Azərbaycanda çıxış etmisiniz. Legioner limitinin ləğvindən sonra çempionatın səviyyəsində fərq hiss olunur?
- Bəli, limitin ləğvindən sonra çempionatın səviyyəsi daha da artıb. Bütün rəqiblər yüksək pillər uğrunda mübarizə aparmağa cəhd edirlər. Bu, bizim işimizi çətinləşdirsə də, futbolun səviyyəsinin artmasına kömək edir.
- Qarşıdan DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan - Fransa oyunu gəlir. Həmyerlilərinizin millimizlə matçından gözləntiləriniz nədir?
- Maraqlı oyun olacaq. Parisdəki matçda uduzsa da, Azərbaycan millisi yaxşı görünürdü. Həmin görüşü izləmişdim. Təbii ki, Fransa millisi daha güclüdür. Lakin futbolda hər şey mümkündür. İlk matçda da bunu gördük. Fransa yığması yalnız hissənin sonunda Mbappenin qolu ilə hesabı açmışdı.
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov