İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Çempionlar Liqasında “Qarabağ”la 2:2 hesablı heç-heçədən sonra “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın heyət seçiminj tənqid edib.
Mareska həmin qarşılaşmada start heyətində 7 dəyişiklik etmişdi. O, ardıcıl beşinci oyunda eyni sayda royasiya edib.
QOL.az “ESPN”ə istinadən xəbər verir ki, Runi “The Wayne Rooney Show” proqramında deyib:
“Futbolçular oynamaq və meydanda bir-birlərini daha yaxşı anlamaq istəyirlər. Əgər sən daim heyəti dəyişirsənsə, oyunçular bundan narazı qalacaq. Məncə, bu, gec-tez öz mənfi nəticəsini göstərəcək. Əgər komanda daim qalib gəlirsə, buna heç kim irad tutmaz. Amma nəticə yoxdursa, suallar verilməlidir".
“Mançester Yunayted”in keçmiş hücumçusu həmçinin “Çelsi”nin liderlərinj Mareskanın qərarlarını onunla müzakirə etməyə çağırıb:
“İndi əksər klublarda lider oyunçulardan ibarət qrup olur. Onlar birlikdə məşqçiyə sual verməlidirlər. Bəziləri bunu “oyunçu hakimiyyəti” adlandırır, amma bu elə deyil. Əgər komandanın heyəti hər dəfə dəyişirsə, bu, narahatlıq doğurur. Mən o qrupda olsaydım, komanda yoldaşlarımla danışıb deyərdim: “Baxın, bu vəziyyətdən razı deyiləm”.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Ueyn Runiyə cavabı gecikməyib. İtaliyalı mütəxəssis deyib:
“Artıq dəfələrlə demişəm ki, biz elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Buna hörmətlə yanaşıram, amma “Qarabağ”la oyundan sonra da qeyd etmişdim ki, komandaya gəldiyim gündən bəri futbolçuların rotasiyasının vacibliyinə inanıram və heç kim bu səbəbdən qələbə qazana bilmədiyimizə görə şikayətlənməyib.
Məncə, rotasiyada Andrey Santos (Braziliya yığmasının üzvü), Yorrel Hato (Niderland yığmasının üzvü) və Estevao (Braziliya yığmasının üzvü) kimi oyunçular iştirak edirsə, məsələ rotasiyada deyil. Onlar yaxşı, istedadlı və gəncdirlər. Təbii ki, gənc futbolçuların daha yaxşı olmaları üçün bir neçə səhv etməyə imkanları olmalıdır”.
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu