"İlk növbədə xalqımızı və dövlətimizi Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərimiz daim olsun. Bu gün əzmkar oyunun olacağı əvvəlcədən bəlli idi. Qarşımızda hücum potensialı yüksək olan, əks-hücumlarda və cinahlardan qurduğu hücumlarla təhlükə yarada bilən rəqib vardı. Bütün bunları nəzərə alaraq hazırlaşmışdıq. Futbolçularım böyük əzmkarlıq göstərdi və demək olar, rəqibə real qol imkanı vermədik. Komandamız diqqətli oynadı, hücumların qarşısını peşəkarlıqla aldı. 60-cı dəqiqədən sonra say üstünlüyü qazandıq. Bu vaxta qədər oyun bərabər mübarizə şəraitində keçirdi. Tam yüzfaizlik olmasa da, qol şanslarımız oldu və daha çox qüvvə ilə hücuma atıldıq. Sadəcə rəqibin qapıçısı və müdafiə xətti etibarlı oynadı. Nəticə istədiyimiz kimi olmasaydı belə, futbolçularımın davranışından və mübarizəsindən razı idim. Bu yolla davam etməliyik. Milli fasilədən sonra daha da yaxşı hazırlaşıb, arzuladığımız nəticəni qazanmağa çalışacağıq".
QOL.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz" (0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov bildirib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Hakimliyi bəyəndiniz?
- Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaq tərəfdə olan yan xətt hakimi qırmızı vərəqə verilməsini tələb etdi və epizoda 50 metrdən müdaxilə etdi. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi, hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur.
- Tiaqo Silva start heyətinə qayıtdı. Bunun xüsusi səbəbi var idi?
- Plan iki oyunluq idi. Aydın Bayramova şərait yaratdıq ki, oyun praktikasını yaxşılaşdırsın. Milli komandada start heyətində meydana çıxmaq üçün qapıçılarda rəqabət var. Milli və Aydın bizim üçün dəyərlidir. Bizdə 1-ci və 2-ci qapıçı arasında uçurum yodur. Tiaqoya da əvvəldən demişdik ki, belə olacaq. Öncədən də məlum idi ki, bu gün qapıda Tiaqo olacaq.
- Bu gün oyunun rəsmi start zərbəsini Tamerlan Burcəliyev vurdu. O, futbolçu karyerasını erkən bitirib və hazırda məşqçi kimi fəaliyyət göstərir. Bu qərarı verməsinin səbəbi nədir?
- Məşqçiliyi seçməsi öz qərarıdır. Müdrik qərar verdi. Erkən başlaması məşqçilik karyerası üçün də yaxşıdır.
- Əvvəlki mövsümlərdə "Zirə"də qələbəsizlik seriyası yaranırdı. Nələri dəyişdiz ki, indi bu cür seriya yoxdur?
- Çempionatın ortasında belə ssenarilər oldu. Amma heç kim zəmanət verməyib ki, indi olmayıbsa, gələcəkdə də olmayacaq. Daha çox özümü təhlil edirdim ki, niyə elə perioda düşürdük. Bu il daha çox motivasiya olduq, daha çox öz işimizin üzərində çalışdıq ki, futbolçulara yanlış enerji getməsin. Futbolçular başa düşür ki, builki çempionat əvvəlki kimi deyil. Futbolumuz inkişaf edir. Bu da bizi sevindirir. Amma nəticə qazanmaq da çətinləşir. Futbolçular da bunu düzgün təhlil edirlər ki, 7-ci pillə ilə 2-ci pillə arasında proqnoz vermək olmur. Çempionluğa da aiddir. Hiss edirəm ki, bu mübarizə sona qədər belə gedəcək.
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?