Peşəkar Futbol Liqası Azərbaycan derbilərində vərəqə və penaltilərin statistikasını təqdim edib.
QOL.az sözügedən statistikanı təqdim edir:
İlk sarı vərəqə - Faiq Cabbarov (“Neftçi”) - 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.
“Qarabağ”ın ilk sarı vərəqəsi – Vadar Nuriyev – 16.10.1993. “Neftçi” – “Qarabağ” – 1:1
İlk penalti – Yunis Hüseynov (“Neftçi”) – 02.10.1994. “Neftçi” – “Qarabağ” – 3:2
İstifadə olunmayan ilk penalti – İlham Məmmədov (“Neftçi”) - 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2
Derbidə 19 qırmızı vərəqə göstərilib.
İlk qırmızı vərəqə - Vəli Hüseynov (“Qarabağ”, 1999/2000)
“Neftçi”nin ilk qırmızı vərəqəsi –Elçin Rəhmanov (2003/04)
“Neftçi” 12, “Qarabağ” 7 qırmızı vərəqə alıb.
İki futbolçu – Kevin Medina (“Qarabağ”) və Voislav Stankoviç (“Neftçi”) 2 dəfə qırmızı vərəqə alıb. Hər iki oyunçunun vərəqələrlə eyni klubda cəzalanıb.
Qırmızı vərəqəyə çevrilən sarı vərəqələr nəzərə alınmasa, derbilərdə 430 xəbərdarlıq edilib.
“Neftçi” 224, “Qarabağ” 186 sarı vərəqə ilə cəzalanıb.
Maksim Medvedev (“Qarabağ”) və Erik Ramos (“Neftçi”) hərəsi 12 vərəqə alıb. Maksim 11 sarı və 1 qırmızı, Erik 12 sarı ilə cəzalanıb.
11 futbolçu hər iki komandanın heyətində vərəqə alıb.
Derbidə 23 penalti təyin olunub.
11 metrlik cərimə zərbəsindən 20 qol olub. Penaltilərdə 87 faizlik dəqiqlik qeydə alınıb.
Bu zərbələri 16 oyunçu yerinə yetirib. “Qarabağ”ın 9, “Neftçi”nin 8 futbolçusu belə imkan qazanıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə penaltidən indiki komandasına qol vurub.
Saşa Stamenkoviç (“Neftçi”) hamıdan çox 5 dəfə penalti zərbəsi ilə üz-üzə qalıb və 4 dəfə qol buraxıb.
Daha çox – 13 penalti vuran “Qarabağ” bunların 12-dən yararlanıb.
“Neftçi” 10 penaltinin 8-ni qola çevirib.
Riçard Almeyda (“Qarabağ”) hamıdan çox – 4 penalti zərbəsi yerinə yetirib və bütün zərbələr dəqiq olub.
“Neftçi”də Yunis Hüseynov və Emin Mahmudov 1-dən çox – 2 imkan qazanıb və hər iki şansdan yararlanıb.
Yalnız Filip Ozobiç hər iki komandada penalti vurub. O, “Qarabağ”da 2, “Neftçi”də 1 imkanı qola çevirib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı