"Mən Azərbaycan millisini çalışdırıram. Təxminən 10 gün sonra Andorra ilə keçirəcəyimiz oyun var. Məni hazırda Xorvati millisinin durumu yox, bu oyun maraqlandırır".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, Xorvatiya milisinin "Avro-2016" üçün heyətindəki oyunçuların onun üçün gözlənilməz olmadığını söyləyib:
"Millinin ən yaxşı oyunçularının Fransaya gedəcəyini düşünürəm. Livakoviç siyahıda yer alıb. Aydın məsələdir ki, o, milliyə 4-cü qapıçı kimi çağırılıb. Onun gələcəyi var. "Avro-2016"da Livakoviç təcrübəsini artıra bilər. Bu, geniş heyətdir. Modriç, Kovaçiç, Rakitiç və Mandzukiçin klublarında vacib oyunları var. Buna görə onlar millinin hazırlığına bir qədər gec qoşulacaqlar. Xorvatiyanın Avropa çempionatındakı çıxışı onlardan asılıdır. Bu futbolçular yaxşı dincəlməlidilər ki, Avropa çempionatına tam hazır olsunlar. Modriç, Rakitiç, Mandzukiç kimi oyunçular karyeraları ərzində yaxşı futbol oynayıblar. Onlar milliyə yaxşı nəticələr qazandıra bilərlər”.
R.Prosineçki onu da qeyd edib ki, bu gü əsas məsələ Xorvatiyanın "Avro-2016"da qrupdan çıxmasıdır:
"Amma bu, çox çətin məsələdir. Çexiya ilə oyuna xüsusi fikir verməliyik. Çünki güclü heyətləri var. Onlar Xorvatiya millisinə problem yarada bilər. Ancaq Xorvatiyanın da güclü heyəti var və bununla yaxşı nəticə qazanmaq olar. Sadəcə, baş məşqçi Ante Çaçiç komanda daxilində yaxşı mühit yaratmalıdır".
Xorvatiyalı mütəxəssis Çempionlar Liqasının final oyunu barədə də danışıb:
"Atletiko" güclü komandadadır. Mən bu komandanı finala çıxardan baş məşqçisi Dieqo Simeonenin qarşısında baş əyirəm. Onlar "Barselona" və "Bavariya"nı mübarizədən kənarlaşdırıb.Ancaq "Real"ın yüksək səviyyəli bir çox oyunçusu var. "Real" həmişə "Real"dır. Bu səbəbdən də onların 11-ci dəfə Çempionlar Liqasının qalibi olacağını gözləyirəm".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu