Bakı "İnter"inin hücumçusu Rauf Əliyevin müsahibəsi
- "Neftçi"yə 2:4 hesabı ilə uduzduğunuz matç haqda nə deyə bilərsən?
- Düzü, komandamız adına oyun yox idi. Ola bilər, ikinci hissədə bir az oyun sərgilədik. Amma qapımıza vurulan üçüncü qol hər şeyi alt-üst etdi. Müdafiədə həqiqətən çox pis səhvlər etdik. Əvvəllər də müdafiədə səhvlərimiz olurdu. Ancaq bu dəfə son hədd oldu. Çox böyük səhvlərə yol verdik. Avropa Liqasına yerimizi təmin etmək üçün hələ də şansımız var. "Zirə" ilə qarşıdakı oyuna yaxşı hazırlaşıb lazımi nəticəni göstərməyə çalışacağıq. Yenə də hər şey öz əlimizdədir.
- "İnter" daim müdafiəsinin güclü olması ilə seçilib. İndi arxa xətdə buraxılan belə kobud səhvləri nəylə əlaqələndirmək olar?
- Zurab Xizanaşvilinin olmaması da bizim üçün böyük itkidir. O, olanda, komandamız müdafiədə daha inamlı oynayır. Zurabın yoxluğu özünü göstərdi. Müdafiədəki səhvlər özümə də qaranlıq qaldı.
- Uzun müddətli zədədən sonra özünü necə hiss edirsən?
- Normal. Nə qədər çox oynasam, mənim üçün bir o qədər yaxşı olacaq. Görək də... Zədədən sonra, yəqin ki, hər şey qaydasında olar.
- Ağır zədəni, az oynadığını nəzərə alsaq, yəqin ki mövsüm sənin üçün ürəyin istədiyi kimi keçmədi...
- Əlbəttə. Əvvəlcə dizimdən zədələndim, sonra beyin silkələnməsi oldu. Gözləmədiyim ardıcıl zədələr oldu. Hər şey arxada qalıb. Bundan sonrasının daha yaxşı alınacağına ümidvaram. Eybi yox, 1 ili itirilmiş saya bilərik. Bundan sonrası daha yaxşı olar.
- "İnter"də azərbaycanlı və gürcü futbolçuların vəhdəti var. Bu vəhdət istədiyinizi almağa kömək elədi, yoxsa...? Gürcü futbolçular və baş məşqçi getsə, komandanızın taleyi necə olacaq?
- "İnter" bu mövsüm 3-cü yeri tutsa, bu, klub üçün uğurlu nəticə sayılacaq. Çünki klubun hətta dağılma təhlüsəki vardı, necə bərpa olunduğu göz qabağında oldu. Buna görə bürünc medal bizim üçün uğurlu sayıla bilər. Başqa nəticə isə əlbəttə, çox pis qəbul ediləcək. Yəqin ki, mövsümün sonunda dəyişiklər olar. Hər şey nəticəyə bağlıdır. Çempionatı 3-cü yerdə bitirsək, yaxşı nəticə olduğu üçün, yəqin ki, çox da böyük dəyişik olmaz.
- Maddi böhran futbolçuların karyeralarına öz mənfi təsiri göstərir. Özünüzə daha yaxşı klub tapmaq fikrinə düşmüsünüz?
- Bu gün "İnter" Azərbaycanda maddi vəziyyəti yaxşı olan 3-4 klubdan biridir. Rəhbərlik öz dəstəyini göstərir. Məni də burada hər şey qane edir. Komanda məni yenə öz heyətində görsə və razlığa gəlsək, qalacağam. "İnter"də çıxışımı davam etdirmək istəyirəm və bu, müqaviləmi uzadacağım halda reallaşacaq.
- "İnter"in prezidenti deyib ki, çempionatın mükafatçılar sırasına, Avropa Liqasına düşə bilməsək, büdcəni azaldacağıq.
- İndiki vəziyyətdə heç nə bilinmir. Yəqin ki, bu, sonranın işidir. Rəhbərliyin də fikri önəmlidir. Hər şey çempionatın sonunda müəyyənləşəcək.
Mənbə: sportnet.az
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı