"Azərbaycan yığmasını ilk oyunda çətin rəqibin gözlədiyini bilirdik. Stadionda xeyli azarkeş vardı və təzyiq də çox idi. Gedişat göstərdi ki, Portuqaliya turnirin favoritlərindən biridir".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, sonrakı qarşılaşmalarda toparlanmaq mümkün olub və nəticədə 4 xal qazanılıb:
"Portuqaliya ilə oyundakı məğlubiyyətə baxmayaraq, komanda özünü toparladı, Belçika və Şotlandiyaya qarşı gözəl oyun nümayiş etdirdi. Nəticələr də məlumdur. Yığma çox xoş təəssürat bağışladı".
Lakin R.Prosineçki U-17 üzvlərinin yaxın gələcəkdə əsas milliyə çağırılacağı haqda danışmağın tez olduğunu söyləyib. O, səbəb kimi həmin oyunçuların hələ Premyer Liqada çıxış etmədiklərini göstərib:
"İlk növbədə onlara Premyer Liqada oynamaq üçün vaxt lazımdır. Futbolda əvvəlcədən nəsə demək çətindir. Həmin gənclər əsas çempionatda oynadıqdan sonra hansının millidə çıxış edəcəyinə baxıb, seçmək lazımdır".
Baş məşqçi əsas millinin mayın 23-dən Avstriyada start götürəcək təlim-məşq toplanışından da danışıb. O, heyətə yeni futbolçuların cəlb olunacağını söyləyib:
"Eddi İsrafilovun düşərgəyə qoşulub-qoşulmayacağını dəqiq bilmirəm. Azərbaycan Kubokunun finalında çıxış edən "Qarabağ" və "Neftçi"nin futbolçuları düşərgəyə gec qoşulacaq. Mayın 26-da Andorra ilə oynayacağıq. Bu səbəbdən, bir neçə gənc oyunçu götürəcəyəm ki, əsas millidə oynasınlar. Artıq həmin futbolçuları müəyyənləşdirmişəm və tezliklə siyahı açıqlanacaq. Komanda iki həftəyə yaxın bir yerdə olacaq. Millidə bir arada olmaq üçün vaxt çox olmur. Bəzi şeyləri sınaqdan keçirmək imkanı var. Rəqiblər də maraqlıdır və bu, bizə görə də yaxşıdır".
47 yaşlı mütəxəssis Topaz Premyer Liqasındakı nəticələrə də münasibətini bildirib:
"Turnir cədvəli göz qabağındadır. Nəticə belədirsə, demək ədalətlidir. Turnir cədvəli komandaların işlərinin nəticəsidir".
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı