Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Ağdamda futbol yarandığı vaxtdan müxtəlif adlarla Azərbaycan çempionatlarında iştirak edib: “Məhsul”, “Şəfəq”, “Kooperator”. 1980-ci illərin sonlarında isə komandanın adı dəyişdirilib. O vaxtdan indiyə kimi Ağdam təmsilçisi meydana təmsil etdiyi Qarabağ bölgəsinin adı ilə çıxır.
Ağdam futbolu ilk vaxtlar, 1951-ci ildən “Məhsul” idman cəmiyyətinə məxsus olan eyni adlı komanda adı altında çıxış etməyə başlayıb. Lakin peşəkar klubu olarar indiki “Qarabağ”ın xələfi “Şəfəq” sayılır. 1977-ci ildə budəfəki müsahibimiz Əkbər Rüstəmovun təşəbbüsü və dəstəyi ilə “Şəfəq” klubu yaranıb. “Qarabağ” komandasının tarixində bu insanın müstəsna əməyi olub desək, yanılmarıq. Odur ki, bizim üzərimizə düşən mənəvi vəzifə bu gün Azərbaycanın fəxrinə çevrilən bir klubunun keşmişində zəhməti olan, onun yolunda fədakarlıqlar edən insanları cəmiyyətə daha yaxından tanıtmaqdır .
Əkbər müəllimlə ilk ünsiyyətdə Ağdam futbolu haqda tarixi və çox adamın bilmədiyi məlumatlara malik olduğunu anladım. Özünün söylədiyi kimi, danışacaqları bir tarixdir.
Qəhrəman döyüşçü, şəhid atası
Əkbər Rüstəmov 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Sənaye Pedaqoji Texnikumunu bitirərək, 67-69-cu illərdə Sovet Ordusunda xidmət edib. Sonralar müxtəlif idman növləri ilə məşğul olub və bir çox çempionatda uğurla çıxışlar edib. Bir müddət peşə məktəbində idman müəllimi də işləyib.
Əkbər Rüstəmov 1988-ci ildən Azərbaycanın müstəqilliyi uğrunda milli-azadlıq hərəkatına qoşulub və hərəkatın özünümüdafiə dəstəsində fəal iştirak edib. 1989-cu ildə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə maddi yardım daşıyan maşın karvanları məhz onun müşayiəti ilə son məntəqəyə çatdırılırdı. Erməni quldurları yolları bağladıqdan sonra həmin məntəqələrin Ağdamla hava əlaqəsinin yaradlılmasında da əvəzsiz xidmətləri olub. 1992-ci ilin mart ayının 21-də özünümüdafiə dəstəsinin bazasında Eldar Bağırov adına 845 saylı hərbi hissə yaradılmış və 1 saylı əmrlə Əkbər Rüstəmov 4-cü bölüyün komandiri təyin edilib. O, oğanları Sənan Rüstəmov, Sarvan Rüstəmov, və Kənan Rüstəmov ilə birlikdə düşmənə qarşı mərdliklə döyüblər. Oğlu Sənan Rüstəmov Qarabağ müharibəsində şəhid olub.
Əkbər Rüstəmov həm də “Qapımı vətən döydü”, “Qalx ayağa vətən oğlu”, “Sənan əfsanəsi” adlı kitabların da müəllifidir.
- “Şəfəq” klubunu yaratmazdan əvvəl basketbol, idman gimnastikası, güləşlə məşğul olmuşam. Cəld olduğum üçün idman gimnastikasına daha çox maraq göstərirdim. Bu idman növündə birinci dərəcəyə qədər gəlib çatmışdım. Bir dəfə indiki Bakıxanov qəsəbəsində məşqdən çıxanda bir peşə liseyinin qarşısından keçirdik. Liseyin güləş zalında idmançılar məşq edirdi. Biz də pəncərədən onları izləyirdik. Bir nəfər çox yaxşı güləşirdi. Zala girib müəllimə dedim ki, o oğlanla güləşmək istəyirəm. Həmin güləşçi isə Məhəmməd Musayev idi. O vaxt SSRİ birinciliyinin qalibi olmuşdu. Onunla tatamiyə çıxdıq və güləşdik. Heç birimiz qalib gələ bilməsək də, sonradan yaxşı dost olduq. Fikrət müəllim qabiliyyətimi görüb güləşə dəvət etdi. Mən də onun təklifini qəbul edib sərbəst güləşlə məşğul oldum. Sonralar bir çox turnirlərin qalibi, 1966-cı ildə Yerevanda SSRİ birincisi oldum. Həmin vaxt orada Azərbaycanı Arif Əmirbəyov və mən təmsil edirdik. 1967-ci ildə hərbi xidmətə getdim. Xidmət dövrümdə də idmanla məşğul oldum. Hərbçilər arasında sərbəst güləş üzrə yığma komandanın üzvü seçildim. Eyni zamanda Belarusiyanın Baranoviç vilayətində sambo üzrə yarışda da çempion oldum. Hərbi xidməti başa vurduqdan sonra Bakıya qayıtdım. Bakıdan da təyinatımı Ağdama aldım. Çünki məqsədim var idi, mütləq Ağdama dönməliydim.
- Məqsədiniz nə idi?
- Hərbi xidmətdə olan zaman bir çox xoş olmayan hadisələrlə qarşılaşdım. Gücsüz və savadsız əsgərlərlə çox pis rəftar edirdilər. Xüsusən də azərbaycanlılarla...Mən idmançı idim, rus dilini bilirdim, dünyagörüşüm var idi deyə bəzən mayora da sözümü deyirdim. Hətta bəzən onları yarışa da dəvət edirdim. Bizimkilərə qarşı olan haqsızlıqlara göz yuma bilmirdim. Ona görə də məqsədim rayona qayıdıb uşaqlarımızı idmana cəlb etmək idi.
- Gəlin, indi əsas mətləbə keçək. “Şəfəq” klubu necə yarandı?
- Mən 1971-ci ildən Ağdamda 50 nömrəli peşə məktəbində idman müəllimi işləmişəm. 1973-76-cı illərdə bizim məktəb respublika peşə məktəbləri arasında keçirilən futbol yarışlarında çempion oldu. 1976-cı isə SSRİ birinciliyində dördüncü yeri tutduq. 1977-ci ildə respublikada yüksək liqaya çıxmaq üçün A, B qrupu yaradıldı və hər rayonun öz futbol komandasının yaradılması tapşırıldı. O zaman mən rayon komsomol təşkilatında ikinci katib olan Tofiq Babayevə belə bir komandanın yaratmaq təşəbbüsü ilə müraciət etdim. Futbol klubunu 50 nömrəli peşə məktəbinin bazasında yaranması təşəbbüsünü məktəbin direktoru, rəhmətlik Fazil Nağıyev məmnunluqla qəbul etdi. Beləliklə, 1977-ci ildə “Şəfəq” futbol klubu yarandı. Bu komandaya məktəbimizin şagirdləri ilə yanaşı, kənardan seçmə komandaların fəalları da cəlb olundu.
- Niyə məhz “Şəfəq”?
- Həmin vaxt SSRİ birinciliyində “Fakel” adlı komanda var idi. Biz onlardan ilhamlandıq. Gözəl futbol oynayırdılar və onları çox bəyənirdim. Həm də gənclərdən ibarət bir komanda idi. Biz də belə bir klub yaratmaq istəyirdik. Sonradan rayon ictimaiyyətinə müraciət etdik və bacarıqlı gəncləri toplamağa başladıq. Və gənclərdən ibarət çox gözəl bir klub yaratdıq.
“İmarət” yox, “Tülkü təpə”!
- Komandanız oyunlarını hansı stadionda keçirirdi?
- Ağdamda 50 nömrəli peşə məktəbinin ərazisində “Tülkü təpə” adlanan bir yer var idi. Məktəbin direktorundan xahiş etdim ki, həmin yerdə stadion tikilməsi üçün üçün mənə köməklik etsinlər. Razılıq aldıqdan sonra, başladım stadionun tikintisi üçün hazırlıqlara. Amma stadionun standartlara uyğun gəlməsi məqsədilə 20-30 metr də kolxozun bağına məxsus əraziyə keçməli idik. Axşam bizim yataqxanada qalan traktor sürücülərini də götürüb əraziyə getdim. Kolxozun torpağını da stadionun ərazisinə qatdıq. Ətrafına da çinar ağacları əkdik. Ertəsi əraziyə gələndə gördüm ki, bütün rayon rəsmiləri, prokurorluq işçiləri ordadır. Məktəbin direktoru Fazil Nağıyev əli ilə işarə etdi ki, sən çıx get. Nə baş verdiyini anlamadım. Sonradan öyrəndim ki, kolxozun ərazisini zəbt etdiyim üçün məndən şikayət ediblər. Amma kolxozun sədri Raqub müəllim məni çətin vəziyyətdən qurtardı. Bildirdi ki, özü icazə verib.
- Standartlara cavab verən stadion inşa edə bildiniz?
- Hər şeyin ən yaxşısını etməyə çalışırdıq. Heç yadımdan çıxmaz. Qapı dirəyini və tirini şalbandan düzəltmək istəyirdilər. Amma fikirləşdim ki, şalban yağışın altında qalıb çürüyəcək. Ona görə də istəyirdim dəmirdən olsun. Stadionda işləyirdik. Bu vaxt dostu kolxoz sədri Səfər Səfərov dostu Fazil müəllimə stadiona baxmağa gəldi. Bizdən nəsə lazım-olub olmadığını soruşdu. Mən də dedim ki, qapıları taxtadan düzəltmək istəyirlər, amma mən istəyirəm dəmirdən olsun. Səfər müəllim sürücüsünə tapşırdı ki, evdə turbalar var, onları gətir. Dəmirlər gəldi və uşaqlarla qapıları düzəltdik.
- Azarkeşlərin oyunu izləməsi üçün yerlər var idi?
- Həmin vaxt məktəbimizin həyətinə nəyə görəsə çoxlu turba var idi. Fazil müəllimə dedim ki, istəyirəm o dəmirlərdən tribuna düzəldək. Fazil Nağıyev çox maraqlı və mülayim adam idi. Heç nəyə etiraz etmirdi. Bu məsələdə də bizə dəstək oldu. Uşaqları da başıma yığıb həmin dəmirlərlə yan-yana iki tribuna tikdik. Tribunaların altında da komandalar üçün soyunub-geyinmə otağı hazırladıq. Tribuna da fəxri qonaqlar otururdu. Meydançanın ətrafında isə 500 oturacaq qoyulmuşdu.
Beləliklə də, oyunlarımızı orada keçirməyə başladıq.
- Bəs, niyə “İmarət” stadionunda oynamırdınız?
- Ağdamda futbol klubunu ilk dəfə biz yaratdıq. “İmarət” stadionu isə həmin vaxt “Məhsul” idman cəmiyyətinə məxsus idi. Aramızda idman rəqabəti vardı. Birdə ki bizim artıq öz stadionumuz vardı. Öz stadionumuz olduğu halda, orda oynamağa gərək yox idi. Həm də birdən müraciət edərdik, daimi oynamağımıza icazə verməzdilər. Böyük yarışları orada keçirmişdik. Həm də “İmarət” stadionu dövlət qoruğu idi. Orada Xurdişbanu Natəvanın qəbri vardı.
- “Şəfəq”in yaradılmasında sizə başqa kimlər dəstək olurdu?
- Kömək edənlər var idi. Məsələn, Ağdam Komsomol Komitəsinin işçiləri, müxtəlif vəzifələrdə çalışan dostlarım və rayon gəncləri bizə çox kömək olurdu. Amma ən çox bizə dəstək olan yuxarıda da qeyd etdiyim kimi çalışdığım Peşə məktəbinin müdiri Fazil Nağıyev idi.
- Maddi dəstəyi hardan aldınız?
- “Şəfəq”in yaradılmasını xəbərini eşidəndə Fazil müəllimə məndən klub üçün nə lazım olduğunu soruşdu. Mən də ilk olaraq dəst geyim formasını almağa vəsait lazım olduğunu bildirdim. Çox sağ olsun , bizim üçün hər şeyi etdi. Klub üçün gücü çatan maddi dəstəyi verdi.
- Komandanızın keçirdiyi oyunlardan maraqlı xatirələr yaddaşınızda qalıbmı?
- Çox xatirlər var. 1977-ci il dekabrın 5-də Nefçalada yerli komanda ilə oynayırdıq. Meydanda otun durumu yaxşı deyildi. Güclü yağış yağırdı. Meydanın ortasında gölməçə yaranmışdı. Həmin vaxt “Neftçala” çox güclü komanda idi. Mən yerli idman komitəsinə bildirdim ki, gəlin oyunu ləğv edib, hər komandaya 1 xal verək. İndiki dövrə baxma. O vaxtlar belə qaydalar olurdu. Amma razılaşmadılar ki, biz qalib gələcəyik. Mən də uşaqlara tapşırdım ki, siz qalib gəlməlisiniz və bacardığınız qədər çox qol vurun. Həmin oyunda qalib gəldik. Milli Qəhrəman Allahverdi Bağırovun qardaşı Eldar Bağırov da komandamızda oynayırdı. Hava topuna qalxan zaman Eldarla rəqib futbolçu havada bir-birləri ilə toqquşdular və ikisi də palçığın içinə düşdü. Gülməli vəziyyət yaranmışdı. Həmin oyunda 4:1 hesabı ilə qələbə qazandıq.
- Deyəsən, o vaxt keçirilən oyunlarda bölgələr arasında insidentlər olurdu.
- Hə. Çünki güclü rəqabət var idi. Hətta bir dəfə Qazaxın “Göyəzən” klubu ilə güclü insidentimiz olmuşdu. Amma hər şey yaxşı bitdi.
- Ümimiyyətlə, həmin dövrün güclü klubları hansılar idi?
- Masallının “Viləş”, Qazaxın “Göyəzən”, Bərdənin “Pambiqçı” komandası və bir çox klublar güclü idi. Lənkəran klubu da güclü idi.
- “Şəfəq”in ilk heyətini xatırlayırsınız?
- Hamsı bir nəfər kimi yadımdadır.
- Söyləyə bilərsiniz ilk heyəti?
(Ardı var)
Ergün SEYİD
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol