“Mançester Siti”nin hücumçusu Erlinq Haaland öz oyun performansını zəif qiymətləndirib.
QOL.az xəbər verir ki, futbolçu bu barədə Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirərkən danışıb. Norveçli forvard özünü onların səviyyəsində görüb-görməməsi ilə bağlı suala belə cavab verib:
“Xeyr, qətiyyən. Mən onlardan çox uzağam. Heç kim onlara yaxınlaşa bilməz. Ona görə də yox”.
Bundan əvvəl "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Haalandın performansının Messi və Ronaldonun səviyyəsinə çatdığını demişdi. İspaniyalı mütəxəssisə görə, tək fərq Messi və Ronaldonun bunu 15 il ərzində davam etdirmələridir.
Xatırladaq ki, Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 13 oyunda 17 qol vurub və 1 məhsuldar qol ötürməsi edib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr