"Çelsi”nin baş məşqçisi Enso Mareska bu gün Londonda mətbuat konfransı keçirib. Tədbir sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqası oyununa həsr olunub.
QOL.az-ın xəbərinə görə, Mareska deyib ki, bu, vacib oyundur:
“Çünki bu qarşılaşma bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbəni qazandıra bilər. Əlbəttə, bəzi futbolçuları rotasiyaya etmək lazım olacaq. Çünki cümə günü səhər saat 6-da Londona qayıdacağıq və şənbə günü oyun var. Biz uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq”.
45 yaşlı italiyalı mütəxəssis “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Onlar yaxşı komandadırlar. “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Bilbaoya da qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu, şübhəsiz ki, çətin oyun olacaq”.
Mareska həmçinin deyib: “Qarabağ” həm çox güclü, həm də çox enerjili komandadır. Onların pressinq tərzi və uzun illərdir eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Ev oyunlarında xüsusilə daha aqressiv və intensiv çıxış edirlər”.
Həmkarı Qurban Qurbanov barədə danışan Mareska bildirib: “Qarabağ”ın baş məşqçisinin uzunmüddətli fəaliyyətinə gəlincə, bu, mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdır. Eyni klubda 17 il işləmək bu, həqiqətən heyrətamizdir”.
Azərbaycan səfərə gec getmələrinə gəlincə, Mareska bildirib; “Dünənki günü “Tottenhem”lə matçdan sonra bərpa üçün istifadə etdik. Burada [Kobhamda] olmaq vacib idi. Həm oyuna hazırlaşmaq, həm də uçuşu nəzərə alaraq bütün enerjini bərpa etmək baxımından hər iki vəziyyəti tarazlaşdırmağa çalışırıq. Biz İngiltərə vaxtına uyğun qalacağıq”.
Mareska deyib ki, oyunun bütün detalları üzərində işləməyə çalışırlar: “Qarabağ da bizim kimi iki qələbə qazanıb. Onlar çox yaxşı və təşkilatlanmış komandadır. Bu, çətin oyun olacaq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı