Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.
Bu gün "Qarabağ"ın mərhələdəki rəqiblərindən 2-si bir-biri ilə üz-üzə gəliblər. “Napoli” “Ayntraxt”ı qəbul edib. Oyunda qol vurulmayıb.
“Arsenal” Çexiyada “Slaviya”nın qonağı olub. Azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə etdiyi görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Gecənin ən çox maraqla gözlənilən oyunlarından biri İngiltərədə olub. Burada "Liverpul" "Real"ı sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Turnirin son qalibi PSJ isə evdə "Bavariya"ya uduzub - 1:2.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" sabah Tofiq Bəhramov adına Respublika Stadionunda "Çelsi" ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur
4 noyabr
"Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:0
"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3
Qollar: B.Saka, 32-pen. M.Merino, 46; 68.
"Atletiko" (İspaniya) – "Yunion" (Belçika) - 3:1
Qollar: X.Alvares, 39. Qallaxer, 72. Lyorente, 90+6 – Sayks, 80.
"Budo-Qlimt" (Norveç) – "Monako" (Fransa) - 0:1
Qol: Baloqun, 43.
"Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Vlahoviç, 34 – Arauxo, 12.
"Liverpul" (İngiltərə) – "Real" (İspaniya) - 1:0
Qol: Makallister, 61.
"Olimpiakos" (Yunanıstan) – PSV (Niderland) - 1:1
Qollar: Martins, 17 – Pepi, 90+3.
PSJ (Fransa) – "Bavariya" (Almaniya) - 1:2
Qollar: Neves, 74 – L.Dias, 4; 32.
"Tottenhem" (İngiltərə) – "Kopenhagen" (Danimarka) - 4:0
Qollar: B.Conson, 19. Odober, 51. Van de Ven, 64. Paulinyo, 67.
5 noyabr
21:45. "Pafos" (Kipr) - "Vilyarreal" (İspaniya)
21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)
00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)
00:00. "Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)
00:00. "Brügge" (Belçika) - "Barselona" (İspaniya)
00:00. "İnter" (İtaliya) - "Kayrat" (Qazaxıstan)
00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
00:00. "Marsel" (Fransa) - "Atalanta" (İtaliya)
00:00. "Nyukasl" (İngiltərə) - ""Atletik" (İspaniya)




Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı