Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək ediblər.
QOL.az xəbər verir ki, görüş İngiltərə nəhənginin 3:0 hesablı qələbəsi ilə bitib
"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Saka, 32-pen.Merino, 46, 68
Ə.Ağayev meydan sahiblərinin futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə 32-ci dəqiqədə penalti təyin edib. O, VAR-ın müdaxiləsi ilə bu qərarı verib. Bukayo Saka penaltini dəqiq yerinə yetirib. Ağayev 88-ci dəqiqədə, hesab artıq 0:3 olarkən, "Arsenal"ın qapısına penalti təyin etsə də, VAR-da epizodun təkrarını izlədikdən sonra qərarını dəyişib. .O, "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Hazırda "Arsenal" 12 xalla 2-ci, "Slaviya" 2 xalla 31-ci pillədə qərarlaşıb.
Xaırladaq ki, bu, 38 yaşlı Əliyar Ağayevin Çempionlar Liqasının əsas mərhələsində (qrup/Liqa) idarə edəcəyi 6-cı oyun olub. O, 2022/23 mövsümündən başlayaraq həmin yarışlara təyinat alır. Referi bu günə qədər ÇL-in əsas mərhələlərində "Kopenhagen" - "Borussiya" (Dortmund), "Srvena Zvezda" - "Mançester Siti", "Şturm" - "Brügge", "Bolonya" - "Monako", bu mövsümdə isə "Kopenhagen" - "Bayer" matçında baş hakim olub. O, geridə qalan bu 5 matçda ümumən 24 dəfə sarı vərəqə göstərib, qırmızı vərəqəyə isə hələlik əl atmayıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı