"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 32-ci turunda qarşılaşacaqları “Sumqayıt”la oyun haqda danışıb.
Qol.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasının artıq çempionat oyunlarına kökləndiyini bildirib:
"Sumqayıt"la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur “Qarabağ”la kubokda keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. “Sumqayıt” yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq".
Komandadakı itkilər haqda danışan Svanadze bunları bildirib: "Sezar Meza Kollinin və Kamran Ağayevin “Sumqayıt”la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər".
Qeyd edək ki, mayın 1-də keçiriləcək "İnter" - "Sumqayıt" görüşü saat 16:00-da başlayacaq.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu