"Mənə "Neftçi" ilə oyundakı epizodların təkrarına baxmaq lazım deyildi. Çünki oyunda hər şeyi dəqiq görmüşdüm. Baş hakim iki penaltimizi təyin etmədi".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi" ilə oyundan (1:1) sonra hakimlik haqda narazılıqlarını çəkinmədən deyən ukraynalı mütəxəssis FİFA referisi Əliyar Ağayevi kəskin təndiq etmişdi. Qriqorçukun fikrincə, baş verənlər onlar üçün nə qədər ağır olsa da, bunu istənilən halda, yaşamağı bacarmaq lazımdır:
"Buna görə sakitəm. AFFA hakimi cəzalandıracaq? Bundan bizə nə?"
Bununla belə, Qriqorçuk AFFA Hakimlər Komitəsinin bugünkü toplantısının mətbuat üçün açıq olacağına dair qərarı müsbət saydığını bildirib:
"AFFA hakimliyin müzakirəsi ilə bağlı toplantını media üçün açıq etməklə düzgün addım atıb. Mən bunu dəstəkləyirəm. Belə müzakirələrin mətbuatın iştirakı ilə olmasının tərəfdarıyam. Fikrimcə, bu, yaxşılığa doğru addımdır. Daim olmasa da, belə praktika Ukraynada da olub. Mən kimisə müzakirə edə bilmərəm. Sadəcə, belə hesab edirəm ki, AFFA-nın addımı ümumiyyətlə, futbolun inkişafı baxımından yaxşıdır. Mənin yaxşı hakimliyə nəinki ehtiyacım var, bütün insanları bir-birinə hörmət etməyə çağırıram. Məşqçilər, futbolçular, jurnalistlər, federasiya, klub rəsmiləri arasında qarşılıqlı hörmət olmalıdır. Bu, əsas məsələdir və olarsa, futbol inkişaf edəcək".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu