"Qəbələ” futbol ictimaiyyətinə müraciət ünvanlayıb.
Qol.az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsi ilə yaydığı müraciətdə bildirilir:
"Ölkədə idmanın inkişafı sahəsində əldə edilən nailiyyətlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və onların yüksək səviyyədə təşkilinə görə Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. “Qəbələ” İdman Klubu (İK) da hər zaman Azərbaycanın idman uğurlarının genişlənməsinə və möhkəmləndirlməsinə öz töhfələrini verməyə çalışıb. “Qəbələ” İK-da, heç şübhəsiz ki, eyniadlı futbol klubu şərəfli yer tutur. “Qəbələ” Futbol Klubu (FK) 2015-2016-cı illər futbol mövsümündə adlı-sanlı rəqibləri ilə mübarizədə müvəffəqiyyət əldə edərək, Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə yüksələn üçüncü komanda olub. Bununla da Azərbaycan idmansevərlərinə, xüsusilə də futbol azarkeşlərinə böyük sevinc bəxş edib.
“Qəbələ” FK beynəlxalq aləmdə əldə etdiyi bu uğurlardan sonra öz oyunu ilə daxili çempionatda da iddialarını davam etdirib, yüksək yer tutmaq məqsədi ilə əzmlə çalışıbr. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı bir-birini əvəz edərək, kluba ciddi problem yaradıb. Bu hal nəinki, klub üzvləri, eləcə də azarkeşlər arasında Azərbaycanın peşəkar futbol hərəkatına hörmət gətirmir.
Belə bir vəziyyət qismən əvvəlki illərdə də müşayiət olunsa da, klub rəhbərliyi onun üzərində xüsusi dayanmağa ehtiyac görməyib. Çox maraqlıdır ki, “Qəbələ”nin beynəlxalq aləmdə uğurlarından sonra, bu hal mütəşəkkil xarakter alıb. Belə bir vəziyyətin yalnız “Qəbələ” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün xoşagəlməz mənzərə yaratmasını nəzərə alaraq, klubun nəticələrinə açıq-aşkar təsir göstərmək məqsədi daşıyan hakim qərarlarına münasibət bildirmək zərurəti yaranıb. “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll edib, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir edib.
Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik edib. Ağayevin bir-birinin ardınca səhvə yol verdiyi halda onun inadla yenidən “Qəbələ”nin oyunlarına hakim təyin edilməsi də təsadüfi hesab oluna bilməz. Beləliklə, “Qəbələ”nin rəqib komandalarla futbol matçı faktiki olaraq hakim Ağayevin “Qəbələ” ilə rəqabətinə çevrilib. Ağayev 10 avqust 2015-ci il tarixində “Qəbələ”nin “Qarabağ”la keçirilən mövsümün açılış oyununda “Qəbələ”nin qapısına əsası olmayan penalti zərbəsi təyin etmiş, bununla da kifayətlənməyərək, Rəşad Sadıqova yenə də əsassız olaraq qırmızı vərəqə göstərib, meydandan qovub. Nəticədə Qəbələdə baş tutan oyun 2:2 hesabı ilə başa çatıb. 1 noyabrda yenə də Qəbələdə “Kəpəz”lə keçirilən oyunda Ağayevin hakim qərarındakı məqsədli səhvi üzündən “Qəbələ” 2:1 hesabı ilə uduzub. 19 dekabrda Bakıda “Qarabağ”la oyunda rəqib qolu qaydalardan kənar vursa da, hakim Ağayev onu hesaba almış və oyun 1:1 hesabı ilə başa çatıb. “Qəbələ”nin 9 aprel 2016-cı ildə “Sumqayıt” klubu ilə keçirilən oyununda Ağayevin qərəzkarlıq estafetini hakim Ömər Paşayev davam etdirmiş, bu üzdən “Qəbələ”nin üstünlüyünə baxmayaraq, oyun 1:1 hesabı ilə yekunlaşıb.
“Qəbələ”yə qarşı açıq-aşkar hakim haqsızlığına 27 apreldə “Neftçi” ilə Bakıda keçirilən oyunda da yol verilib. Bu oyunda da hakim “Qəbələ”yə qarşı qərəzi ilə fərqlənən Ağayev olub. O, “Qəbələ”nin oyunçusuna qarşı açıq kobudluğa baxmayaraq penalti verməyib, əksinə onu sarı vərəqə ilə cəzalandırıb. Bu az imiş kimi oyunun sonuna yaxın “Qəbələ” futbolçularından birinə qırmızı vərəqə göstərərək meydandan çıxarıb, beləliklə, matçın 1:1 hesabı ilə başa çatmasına şərait yaradıb. Ağayevin “Qəbələ” - “Neftçi” oyununda nəticəyə təsir göstərən qərəzi yalnız “Qəbələ” tərəfindən deyil, respublikanın futbol mütəxəssisləri tərəfindən də ciddi etirazla qarşılanıb, bunun məqsədyönlü şəkildə həyata keçirilməsi barədə fikirlər irəli sürülüb.
“Qəbələ” Futbol Klubu bu faktları futbol ictimaiyyətinin diqqətinə çatdırarkən adıçəkilən klublardan olan həmkarlarına hörmətini bildirir, əsas məsələnin hakimlikdəki səhvlər və onların mahiyyətindən ibarət olduğunu qeyd edir. “Qəbələ” klubu, eləcə də Azərbaycanın futbol ictimaiyyəti futbola rəhbərlik edənlərin futbolumuza ləkə gətirən belə hallara dərhal reaksiya verməsi və bu sahədə ciddi tədbirlər görməsini gözləyir. Belə bir vəziyyət Azərbaycan futbolunun nüfuzuna və idman siyasətinə həm yerli, həm də beynəlxalaq səviyyədə zərbə vurur. Ona görə də Azərbaycan futbolunda, həmçinin onun inkişafında özünəməxsus yeri olan hakimlikdə köklü islahatlar aparmadan mövcud nöqsanları aradan qaldırmaq qeyri-mümkündür.
“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaqdır".
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi
Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
"İmişli"nin legioneri 5 oyunluq cəzalandırıldı
AFFA rəhbərliyi FİFA-nın Konqresində
“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
PFL 35-ci turun hakimlərini açıqladı
Azərbaycan futzal millisinin səbəti müəyyənləşdi
"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov
Azərbaycanın 2 boksçusu finala vəsiqə qazandı
Fransa millisinin Avro-2024 üçün heyəti açıqlandı
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
"Barselona" səfərdə qalib gəldi
Musanın komandasından darmadağın
"Traktor" kubokla vidalaşdı
Ramilin komandası da Superliqa şansını itirdi
“Sabah” Abşerondan 52 uşaq seçdi
"İmişli" autsayderlə bacarmadı - Video
Vüsalın komandası Superliqaya vəsiqə qazana bilmədi
"Şamaxı"nı lider edən vacib qələbə - Video
Məşhur sabiq futbolçu "Spartak"ın baş məşqçisi oldu
"Bizə çempionluq lazımdır" - Ramiz Məmmədov