Sabiq FİFA referisi Tahir Süleymanov Qol.az-a müsahibəsində Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən “Neftçi” – “Qəbələ” oyununda baş hakim Əliyar Ağayevin kobud səhvi və ümumi olaraq Azərbaycanda hakimliyin səviyyəsi haqda danışıb.
- FİFA referisi Əliyar Ağayevdən bu cür səhv gözləyirdiniz?
- Burada Əlayar Ağayevlik bir iş yoxdur. O, sadəcə, dırnaqarası sistemin növbəti qurbanıdır. Təbii ki, “Neftçi”nin qapısına penalti zərbəsi təyin edilməli idi. Oyunda hər iki tərəfin əleyhinə, düzgün olmayan qərarlar verildi. Təkcə Əliyar Ağayevin üzərində dayanmaq lazım deyil. Azərbaycanda o klub yoxdur ki, hakim haqsızlığı ilə üzləşməsin. Bu da növbəti birabırçılığın biri idi. Dünənki oyunun hakim-inspektoru kim idi? Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov. Komitə sədrinin gözü qarşısında belə hallar baş verirsə, deməli, məsələnin kökündə başqa şeylər var. Əliyar Azərbaycanın ən güclü hakimlərindən biridir. Sadəcə, o da növbəti qurbanlardan biridir. Bu sistem aradan götürülməyənə qədər Əliyar kimi qurbanlar çox olacaq.
- Düşünürsünüz ki, Əliyar Ağayev epizodu gördü və qərəzli qərar verdi?
- Bu məsələyə düzgün yanaşmaq lazımdır. Əliyar epizodu çox gözəl görürdü. Hakimin bu epizodu görməməsi mümkün deyil. Sadəcə, Hakimlər Komitəsi futboldan çox şəxsi mənafeyini düşünür. Təbii ki, belə olan halda bu cür hadisələrlə tez-tez qarşılaşacağıq.
- Əliyar Ağayevin növbəti qurban olduğunu dediniz. Hakimlər Komitəsi öz qurbanını necə cəzalandırmalıdır?
- Hakimlər cəzalandırılmamalıdır. Bu şəraiti yaradanlar cəzalanmalı və nəhayət ki, öz layiqli cavablarını almalıdırlar.
- Ümumiyyətlə, Premyer Liqada hakimliyin səviyyəsi necədir?
- Azərbaycanda hakimlik məktəbi çox güclü olub. Bu gün də çox perspektivli hakimlərimiz var. Hələ üzə çıxmayan istedadlı hakimlər də var. Dürüst, peşəkar iş getmədiyi bir sistemdə istedad da məhv olub gedir. Üzə çıxanlar da bu cür məhv olur. Son 7-8 ildə hakimliyin inkişat etdirilməsi üçün hər cür şərait yaradılıb. Nəticə isə biabırçıdır. Çünki sistemin özü düzgün çalışmır. Onlar illərdir ki, Azərbaycan futboluna yox, müəyyən insanlara qulluq edir. Bunun da acısını futbolumuz çəkir. Onsuz da indiki vaxtda klublarımızın maliyyə qaynaqları azalır. “Qəbələ”, “Qarabağ” və “Neftçi” də maliyyə sarıdan zəifləsə, təsəvvür edin ki, nə baş verər. Hakimlərin əli ilə futbolumuzu bir qədər də gözdən salırlar.
- Birinci divizionda hakim idarəçiliyindən narazılıq daha çoxdur.
- Ümumi futbolumuzda problemlər çoxdur. On ildən artıqdır ki, dövlət tərəfindən futbolun inkişafı üçün böyük maliyyə ayrılır. Təəssüf ki, bundan lazımı səviyyədə istifadə olunmur. Ortalığa lazımsız layihələr atıblar. Bu yaxınlarda Bakıda 17 yaşlı futbolçulardan ibarət milli komandaların Avropa çempionatı keçiriləcək. Bu, müsbət haldır. Ancaq niyə Qəbələ qıraqda qalır. Qəbələ kimi yüksək infrastrukturlu, gözəl meydançaları olan bölgə yoxdur. Bütün oyunlar Bakıda keçiriləcək. Hansı ki, bu illər ərzində Gəncə, Zaqatala və digər bölgələrimizdə oyunların keçirilməsi üçün hər cür şərait yaratmaq olardı. Yəni vəsait, dövlət qayğısı var, ancaq işə münasibət düzgün deyil. 17 yaşlı futbolçulardan ibarət milli komandada legionerlərin olması absurddur. Hanı qeydiyyatdan keçən 90 min gənc futbolçu? Çox təəssüf ki, son 10 ildə klub futbolundan başqa heç bir uğurumuz yoxdur. Belə davam etsə, “Qarabağ” və “Qəbələ”nin də dözməsi mümkün deyil. Bu cür rəqabətsiz çempionat onların avrokuboklardakı çıxışına təsirsiz ötüşməyəcək.
Ramiq AĞAMƏMMƏDOV
Messi cərimələndi
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord
Belarus millisi ev oyunlarını niyə Azərbaycanda keçirmədi?
Kadidən Konfrans Liqası rekordu
"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi - Rəsmi
Qurban Qurbanov bunu edə bilərdi və etdi də! - Bizim şərh…
"Qarabağ" "Tvente"yə belə qalib gəldi - Video
"Malmö" Salifu Sumanı icarəyə göndərdi
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Rusiyanın ən bahalı ikinci futbolçusu
Konfrans Liqası: Pley-offun ilk oyunlarına yekun vuruldu
“Qarabağ”a məğlubiyyətin səbəbini izah edə bilmədi
Avropa Liqası: Gecənin nəticələri
Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu - Yenilənib
Qurban Qurbanovdan qələbə şərhi