Aleksey Qay şərikli bombardir oldu

Aleksey Qay şərikli bombardir oldu
ÖLKƏ FUTBOLU 28 Aprel 2016 / 09:30 4086
-  A +

Azərbaycan kubokunda cari mövsümdə bombardirlər siyahısına artıq iki futbolçu başçılıq edir. "Neftçi"nin hücumçusu Ruslan Qurbanov daha vahid lider deyil. "Qəbələ"nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay da onun kimi 4 qola imza atıb.
 
Bu, Qayın elə "Neftçi" ilə ilk yarlnfinal matçında fərqlənməsindən sonra reallaşıb. Alekseyin Ruslandan üstünlüyü ondadır ki, o, bu il kubokda keçirdiyi hər 3 matçda meydanı qolsuz tərk etməyib. "Zirə" ilə 1/4 final matçlarında 3 qol vuran Qay bu dəfə "Neftçi"nin qapısına yol tapıb. Alekseyin kubokda cari mövsümdə mübarizəyə başladıqları - "Mil-Muğan"a 7:0 hesabı ilə qalib gəldikləri ev matçında ehtiyatda qaldığını nəzərə alsaq, turnirdə meydanda olduğu bütün oyunlarda fərqlənməyi bacarıb. Maraqlıdır ki, Qay 2-ci mövsümdür Azərbaycan kubokunun iştirakçısı olduğu halda, ötən il heç qol hesabını aça bilməmişdi.
 
34 yaşlı legioner "Qəbələ"nin cari çempionatda, deməli, həm də cari mövsümdə ən sərrast oyunçusudur. Onun Premyer Liqada hesabında 8 qol var. Özü də Qay qış fasiləsindən sonra daha çox fərqlənib. "Bakcell Arena"dakı nəticədən sonra "Qəbələ"nin finala çıxmaq ehtimalının daha böyük olduğunu nəzərə alsaq, Qay Qurbanovla kubokda bombardirlik mübarizəsində qalib olmağa daha şanslıdır. Onların qolçuluq mübarizəsi çempionatda da gedir. Hesabında 10 qol olan Qurbanovun ən yaxın izləyicilərindən biri məhz Qaydır.
 
Qeyd edək ki, "Neftçi"nin kubokda qoluna imza atan Rəhman Hacıyev cari turnirdə 2-ci dəfə fərqlənib. "Qarabağ"ın "İnter"in qapısına yol tapan futbolçuları isə bu mövsümkü yarışda ilk dəfə fərqləniblər. Bu, dubl edən ispan yarımmüdafiəçi Migel Madera ilə yanaşı, onun həmyerlisi Dani Kintana və braziliyalı hücumçu Reynaldo Silvaya aiddir (sportnet.az). 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq