"Heç bir futbolçu, o cümlədən Ruslan deyə bilməz ki..."
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi "Qəbələ" ilə bu klubun sabiq futbolçusu Ruslan Əmircanov arasındakı məsələyə baxıb. Komitənin qərarına əsasən, “Qəbələ” sabiq futbolçusuna onun iddia etdiyi məbləğin üçdə birini (40 min dollar) ödəməlidir.
Klubun baş meneceri Zaur Əzizov Qol.az-ın müxbiri ilə söhbətində bu məsələ haqda danışıb.
- Sabiq futbolçunuz Ruslan Əmircanov klubun ona 120 min ABŞ dolları borcu olduğuna dair iddia qaldırsa da, yalnız 40 min dollar ödəyəcəyinizlə bağlı qərar çıxarıldı. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin “Qəbələ” ilə bağlı qərarına münasibətiniz necədir?
- Bu məsələ ilə bağlı geniş danışmağa ehtiyac yoxdur. Klub olaraq, daha öncə də bəyan etmişik ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilib. Bu səbəbdən futbolçunun iddialarını qəbul etmirik. Kağız üzərində qurumun verdiyi qərar bizim lehimizə görünə bilər. Yəni çıxarılan qərara əsasən məbləğin yalnız bir hissəsi futbolçuya ödəniləcək. Amma biz bununla da razılaşmırıq. Klub imzalanan bütün müqavilələrə hörmətlə yanaşır, sənəddə qeyd olunanlara əməl edir. Bu səbəbdəndir ki, “Qəbələ”nin adı heç vaxt bu kimi məsələlərdə hallanmır.
- Futbolçunun nümayəndəsi mətbuata açıqlamasında klub üzərində qələbə qazandığını bildirib.
- Əgər iddianın az hissəsinin təmin olunmasını qələbə kimi görən varsa, nəsə deyə bilmərəm.Sual oluna bilər ki, bəs niyə öncədən daha yüksək bir iddia qaldırmışdınız? “Qəbələ” klubu müqavilə müddəti ərzində öz futbolçusunun da hüququnu kifayət qədər qoruyur. Kimsə məsələdən qəhrəman obrazı da yaratmasın. Bəzən deyirlər ki, yerli və xarici futbolçuların müqavilələri fərqlənir və ya yerlilər öz hüquqlarını qoruya bilmirlər. Mən klubumuz adından deyə bilərəm ki, əgər belə bir hal varsa, Əmircanov necə federasiya qarşısında iddia qaldırır? Hər halda, lazımi sənədləri təqdim edə bilməsən, mümkün deyil ki, AFFA-nın müvafiq qurumu bu məsələyə baxsın. Deməli, klub və futbolçu arasında bütün müqavilə öhdəlikləri, yerinə yetirilmiş və yetirilməmiş məsələlər sənəd üzərində var ki, federasiya bu məsələyə baxır. Ona görə də, kimsə, klubların yerli futbolçulara ikili münasibət göstərdiyini deməsin. Onsuz da, istər yerli istər legioner futbolçuların klubumuz haqda yalnız müsbət düşüncələrinin olduğunu bilirik. Bir neçə insan ictimaiyyətin fikrini dəyişə bilməz.

- Ruslan Əmircanovun müqaviləsində olan bütün öhdəliklər təmin edilmişdi?
- Əlbəttə. Klub üçün Ruslan Əmircanovla hansısa başqa bir futbolçu arasında fərq yoxdur. Müqavilə şərtlərinə hər iki tərəf əməl etməlidir. Ruslan bizim futbolçumuz olub, klubumuzun formasını geyinib, bir mövsüm bərabər olmuşuq. Ruslan özü də deyə bilməz ki, klub futbolçular arasında ayrıseçkilik edir. Yaxud deyə bilməz ki, mövsüm ərzində hansısa bir dönəmdə klub tərəfindən laqeyd münasibət olub. Məsələ tək Ruslandan getmir, heç bir futbolçu deyə bilməz.
- “Qəbələ” AFFA-nı qərarına 15 gün ərzində etiraz edə bilər. Bu hüquqdan istifadə olunacaq?
- Düzdür, iddia olunan rəqəmlə, verilən qərar arasında böyük fərq var, bununla belə, çıxarılan qərarla razı deyilik. Ancaq apelyasiya şikayəti verib-verməyəcəyimizi deyə bilmərəm. Klub daxilində müzakirələr apardıqdan sonra bununla bağlı qərar verəcəyik.
- Ruslan Əmircanov “Qəbələ”də cəmi 8 oyunda meydana çıxıb. Daha öncə klubdan açıqlama verilmişdi ki, müqaviləsinin bitməsinə bir neçə gün qalmasına baxmayaraq, klub futbolçunun İtaliyada əməliyyat olunması ilə bağlı bütün xərcləri üzərinə götürdü. Futbolçu bu amilləri nəzərə almadı?
- Bu futbolçuya aid olan sualdır, amma məsələ artıq federasiya tərəfindən aydınlaşdırılırsa, sualın cavabı bəllidir. O ki qaldı müqavilə başa çatmasına baxmayaraq, əməliyyatın klub tərəfindən ödənilməsinə, “Qəbələ”də bu ilk belə hal deyil. Təki futbolçular zədələnməsin amma əminəm ki, gələcəkdə belə hal yaşanarsa, klub yenə də eyni addımı atacaq. Burda fərqi yoxdur, Ruslan zədə alıb və ya bir başqası.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi