Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyunlar çərçivəsində iki qarşılaşma keçirilib.
Günün ilk oyunu “İnter” və “Qarabağ” komandaları arasında baş tutub. Çempionatın son oyununda məhz bu rəqibinə qalib gələn Ağdam klubu bugünkü görüşdən də qalib ayrılıb. Rəqibinə 4 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
Günün digər qarşılaşması da paytaxtda keçirilib . “Neftçi” öz meydanında “Qəbələ”ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları mayın 4-ü keçiriləcək.
27 aprel (çərşənbə)
Azərbaycan kuboku, yarımfinalın ilk oyunları
19:00.“Neftçi” – “Qəbələ” - 1:1
Qollar: Aleksey Qay, 5 (0:1), Rəhman Hacıyev, 71 (1:1)
Qırmızı vərəqə: Rəşad Sadiqov, 84 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
“Bakcell Arena”
16:00.“İnter” – “Qarabağ” - 0:4
Qollar: Migel Madera, 19 (0:1), 60 (0:2), Dani Kintana, 67 (0:3), Reynaldo, 84 (0:4)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
“İnter Arena”
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov